Müxtəlif kommunikasiya kanallarından bankın məhsul və xidmətləri haqda informasiya əldə etmək mümkündür. Bank sirri və müştəriyə aid digər məlumat məxfi hesab edildiyi üçün yalnız müştəri təyin edildikdən sonra tədim edilir.

AtaBank-ın 136 qaynar xəttinə zəng və ya +994 50 99 99 136 nömrəsinə qoşulan  WhatsApp və Telegram əlavələrindən müraciət edən və identifikasiya olunan müştəri sorğusuna banka gəlmədən cavab tapa bilər.

İdentifikasiyadan keçərək bankın aşağıdakı məhsulları haqda dəqiq məlumat almaq və bir çox xidmətləri banka gəlmədən icra etmək olar:

  • Plastik kartı bloklaşdırmaq/blokdan çıxarmaq;
  • Əməliyyat limitlərini aradan qaldırılmaq; 
  • Uğursuz PİN cəhdlərini sıfırlamaq; 
  • Balans/Hesab üzrə qalıq;
  • AtaNet İnternet və Mobil Bankçılıq istifadəçisini blokdan çıxarmaq/şifrəni yeniləmək və göndərmək;
  • Kredit borcu/statusu haqda məlumat; 
  • Plastik kartını SMS məlumatlandırma xidmətinə qoşmaq istəyən müştərinin mobil nömrəsi daşınma olduqda sistemdə dəyişikliklər etmək;
  • Sistemdə qeyd olunan elektron poçt ünvanını yoxlamaq və təsdiqləmək; 
  • Əmək haqqının hesabda əks olunub olunmaması barədə məlumat; 
  • Kartla aparılan əməliyyatları yoxlamaq (bloklaşdılırmış məbləğin miqdarı barəsində məlumat verdikdə); 
  • Plastik kartın statusunu yoxlamaq.

Əlavə olaraq identifikasiya tələb etməyən məlumatlar, telefon zəngi və mobil tətbiqlərdən müraciət zamanı identifikasiya qaydaları ilə ətraflı buradan tanış ola bilərsiniz.