13 May 2019

AtaBank “VISA International” şirkəti ilə birgə təşkil olunmuş və keçən il böyük marağa səbəb olmuş kampaniyanı yenidən başlayır. “VİZA göstər, VİSA Al” kampaniyası çərçivəsində xarici ölkələrə səyahət etmək üçün VİZA almış müştərilər, AtaBank-dan pulsuz Visa Classic və ya Visa Gold plastik kartına sahib olmaq imkanı əldə edəcəklər. Bunun üçün sadəcə bankın filial və ya şöbələrinə şəxsiyyət vəsiqəsi və xarici pasportla yaxınlaşaraq qüvvədə olan vizanı bankın əməkdaşına göstərmək kifayətdir. Hədiyyə veriləcək plastik kartın növü müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılıdır.

Visa Classic, Visa Gold kartı müştərilərə yalnız ABŞ dolları və ya AVRO valyutasında açıla bilər.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 oktyabr 2019-cu il tarixinədək qüvvədə olacaq.