• ABŞ, Kanada, Latın Amerika, Asiya ölkələrinin əksəriyyətində çip texnologiyasının tətbiq olunmadığı üçün bu ölkələrdə aparılan əməliyyatlar yüksək riskli hesab edilir. Risklərin azaldılması məqsədilə bu ölkələrdə iri məbləğlər saxladığınız ödəniş kartlardan mümkün qədər az istifadə edilməsi tövsiyyə olunur.
  • Kart itirildikdə və ya oğurlandıqda 136 Müştəri xidmətinə zəng edin və kartınızı bloklaşdırın.
  • Kart hesabınızın rahat və təhlükəsiz idarə olunması, bir toxunuşla karta nəzarətin həyata keçirilməsi üçün Bankın “SMS Banking” və “İnternet/Mobile Banking” xidmətindən istifadə etməyəniz məsləhətdir.
  • Kart PIN-kodunu yığarkən diqqətli olun. PIN-kodu üç dəfə ardıcıl səhv daxil etsəniz, kartınız bloklanacaq. Bu halda Banka müraciət edin.
  • Bankomatdan istifadə edərkən klaviaturasının və ya kart qəbuledicisinin diqqətlə yoxlayın. ATM-də sizə şübhəli gələn avadanlıqlar quraşdırılıbsa, həmin bankomatdan istifadə etməyin.
  • Kartınız haqqında məlumatları etibar etmədiyiniz saytlarda istifadə etməyin.
  • Kartınızı tanımadığınız və kənar şəxslərə verməyin
  • ATM-dən istifadə edərkən kartınızın PIN-kodunu kənar şəxslərin görməsinə icazə verməyin.
  • PIN-kodunuzu heç vaxt kartın üzərində və ya arxasında qeyd etməyin;
  • Kartla PIN-kodu ayrı-ayrılıqda saxlamağınız məsləhətdir. Çünki onların birlikdə itirilməsi və ya oğurlanması ehtimalı var. Nəticədə isə hesabınızdan olan vəsait sizin xəbəriniz olmadan ikinci şəxs tərəfindən məxaric oluna bilər.