Card to Card

“Card to Card” xidmətindən istifadə etməklə istənilən valyutada olan pul vəsaitinizi “Mobile Banking”, “Internet Banking” və bankomatlarımız vasitəsilə digər kart hesabına köçürə bilərsiniz.

1 dəqiqədən də az müddətə həyata keçən bu xidmətdən Visa və Mastercard ödəniş sistemli bütün kartlarımızla edə bilərsiniz.

  ATM vasitəsi ilə xidmətdən istifadə etmək qaydası:

  • Plasik kartınızı AtaBankın bankomatına daxil edirsiniz;
  • Kartınızın PIN kodunu daxil edirsiniz;
  • Xidmətin dilini seçirsiniz;
  • Ödəmələr bölməsinə daxil olub “Card to Card” xidmətini seçirsiniz;
  • Köçürüləcək məbləğin valyutasını seçirsiniz;
  • Vəsaiti göndərmək istədiyiniz şəxsin kartının 16 rəqəmli nömrəsini daxil edirsiniz;
  • Daxil etdiyiniz 16 rəqəmli nömrənin düzgünlüyünü təsdiq etmək üçün onu yenidən daxil edirsiniz;
  • Məbləği daxil edirsiniz;
  • Əməliyyat həyata keçirilir və çek çap olunur.

 

PIN Change

Bankımızın kartı müştərilərinə təqdim etdiyi “PIN Change” xidməti onlara  standart kart PIN kodlarını istədikləri vaxt dəyişmək imkanı verir.

PIN kodun dəyişdirilməsi qaydası

  • Kart bankomata daxil edilir;
  • Dil seçimi aparılır;
  • Kartın kodu yığılır;
  • “Ödəmələr” bölməsi seçilir;
  • “Xidmətlər” bölməsinə keçid edilir;
  • “PIN Change” xidməti seçilir;
  • Yeni 4 rəqəmli kod yığılır, “ENTER” düyməsi basılır;
  • Yeni kod təkrarən yığılır və “ENTER” düyməsi basılır.

PIN kodun dəyişdirilməsi xidməti tamamilə pulsuzdur.

Əməliyyat zamanı diqqət edilməli məqamlar

  • PİN kodunuzu dəyişərkən təkrarlanan (2222) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin;
  • Təhlükəsizliyiniz üçün bütün plastik kartlarınız üçün eyni PIN kodu seçməyin;
  • Kartdan istifadə edərkən hər hansı bir problem yaranan zaman 136 Məlumat Mərkəzinə zəng edin.

Artıq müştərilərimiz bankomata getmədən də AtaBank-ın “Mobile Banking və “Internet Banking” onlayn bankçılıq sistemi vasitəsi ilə PIN kodlarını asanlıqla dəyişə bilərlər.

 

SMS Info

“SMS Info” xidməti ödəniş kartı ilə aparılan bütün əməliyyatlar haqqında sizə anında SMS bildiriş almaq imkanı yaradır. Bu xidmət kartın təhlükəsizliyi baxımından çox vacibdir.

Xidmətə qoşulmaq üçün 136 Müştəri Xidməti mərkəzimizlə əlaqə saxlaya və ya AtaBank-ın filiallarından hər hansı birinə yaxınlaşa bilərsiniz.

“SMS Info” xidmətinə qoşulmaq haqqı aylıq 1,20 AZN-dir.

 

Cash by Code

“Cash by Code” xidməti ilə plastik kart olmadan belə ATM vasitəsilə kart hesabından pul göndərə və pul çəkə bilərsiniz.

Bu xidmətdən bankımızın bütün növ kart müştəriləri yararlana bilər.

Köçürmənin aparılması qaydası:

  • Kartınızı ATM daxil edin,
  • Xidmət olunacaq dili seçin,
  • PİN-kodunuzu daxil edin,
  • ATM/İnfoköşk menyusunda “ödəmələr” bölməsini seçin,
  • “Cash-by-Code” menyusuna daxil olun,
  • Köçürməni alan şəxsin mobil telefon nömrəsini və köçürmənin məbləğini daxil edin.
  • Sistem 10 rəqəmli iki hissədən ibarət olan kod hazırlayır. Kodun birinci hissəsi (ilk beş rəqəm) köçürməni alanın mobil telefonuna SMS-məlumat kimi göndərilir, ikinci hissəsi isə (son beş rəqəm) qəbz formasında çap edilir və göndərən tərəfdə qalır. Göndərən tərəf qəbzdə göstərilən kodu köçürməni alan tərəfə bildirməlidir. Nağd pulu almaq üçün köçürməni alan tərəf ATM-ə yaxınlaşıb kodun hər iki hissəsini ardıcıllıqla daxil etməlidir.

Pulun alınması qaydası

  • ATM-ə yaxınlaşaraq menyudan Cash by Code düyməsini seçin,
  • Açılan pəncərədə kodun hər iki hissəsini daxil edirsiniz
  •  Valyuta növünü seçərək məbləğ daxil edildikdən sonra ATM pul məbləğini verir.

Qeyd edək ki, kod 24 saat ərzində aktiv olur.

Xidmət üzrə komissiya haqqı:

  • Göndərilməsi zamanı tutulan komissiya 0,4%
  • Nağdlaşdırma zamanı isə 1,1%

 

SMS bankçılıq

SMS Bankinq xidməti sizə günün 24 saatı, həftənin 7 günü SMS vasitəsilə bank hesablarına nəzarət etmə imkanı verir.

  • Plastik kartınızla etdiyiniz hər bir əməliyyat barədə SMS vasitəsilə məlumatın alınması;
  • Kartın istifadə müddətinin bitməsi haqqında məlumatın alınması;
  • Kart balansı haqqında məlumatın alınması;
  • Kommunal xidmətlərin ödənilməsi;
  • Mobil operatorunun xidmətlərinin ödənilməsi;
  • Valyuta məzənnəsi barədə gündəlik məlumatın alınması;
  • Hesabınızdan qısa məzmunlu çıxarışın alınması;
  • Plastik kartınızın müvəqqəti bloklaşdırılması.

SMS Bankinq xidmətinə qoşulmaq üçün aşağıdakılar tələb olunur:

  • AtaBank-da hesaba malik olmaq;
  • Yerli mobil operator abonenti olmaq;
  • Şəxsiyyəti təsdiq edən sənədlə bankın istənilən filial və şöbələrinə müraciət etmək.

“SMS Bankinq” üzrə komissiya haqqı fiziki şəxslər üçün aylıq 3 AZN, illik 20 AZN-dir.

 

 Karta mədaxil

Kart hesabınızı bankın istənilən filial və ya şöbəsinə bankın iş saatlarında yaxınlaşaraq artırmaq mümkündür.

Banka gəlmədən kart hesabınıza anında mədaxil etmək üçün MilliÖn ödəniş terminallarından istifadə edə bilərsiniz.

İstifadə qaydaları:

  • MilliÖn terminalında Bank xidmətləri bölməsini seçirsiniz;
  • Sonra AtaBank-ı seçirsiniz;
  • Kart hesabının artırılması bölməsinə daxil olursunuz;
  • Kartın üzərindəki 16 rəqəmli nömrə daxil edirsiniz;
  • Kart məlumatlarını yoxlayıb təsdiqləyirsiniz;
  • Məbləği daxil etmək üçün "İrəli" düyməsi seçirsiniz;
  • Əməliyyat tamamlanır və çek çap edilir.

AtaBank-ın Cash-in bankomatları vasitəsilə də plastik kart hesabınızı artıra bilərsiniz.

İstifadə qaydaları:

  • Plastik kartı bankomata daxil edirsiniz;
  • PİN-kodu yığırsınız;
  • Menyuda xidməti seçirsiniz;
  • Valyutanı seçib məbləği daxil edirsiniz;
  • Əməliyyat tamamlanır və çek çap edilir.

Cash-in ATM-ləri bu ünvanlarda xidmət göstərir:

  • “Dostluq” filialı - Azadlıq pr., 124;
  • “Bakı” filialı - Neftçilər pr., 67;
  • “28 May” metro stansiyası (əsas giriş) – Azadlıq pr., 22.