“3D Secure” internet vasitəsilə edilən ödənişlərin təhlükəsizləşdirilməsini təmin edən müasir texnologiyadır.

Bu texnologiya AtaBank-ın bütün kart sahiblərinin internet vasitəsilə etdikləri əməliyyatları təhlükəsizləşdirir və dələduzluq hallarının yaşanmasının qarşısını alır.

Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə “AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasıdır.

“3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda ödəniş edərkən müştəri “AzeriCard” səhifəsinə keçir, orada "3D" parolunu daxil edir və yalnız parolun təsdiqindən sonra ödənişi həyata keçir.

Qoşulma qaydası