AtaBank dünyanın 200-ə yaxın ölkəsi ilə sürətli pul köçürmə əməliyyatları aparır. Bu, dəqiqələr ərzində dünyanın istənilən nöqtəsinə pul göndərmək imkanı deməkdir.

AtaBank ilə pul köçürmələrinin əsas üstünlükləri:

  • "Western Union", Xəzri ,“Zolotaya Korona”, "Contact" kimi məşhur sürətli pulköçürmə sistemlərindən istifadə imkanı;
  • Dünyanın istənilən nöqtəsinə pulköçürmə imkanı;
  • Sürətli pul köçürməsi bir neçə dəqiqəyə həyata keçirilir;
  • Aşağı komissiyalar (komissiyanı yalnız pulu göndərən şəxs ödəyir);
  • Köçürülmə proseduru zamanı rəsmiləşdirmənin sadəliyi;
  • Sistemlər məbləğin yalnız qeyd olunmuş şəxsə ödənilməsini təmin edən güvənli təhlükəsizlik sistemi ilə müdafiə olunub.

Sürətli pulköçürmə xidmətləri bankın bütün filial və şöbələrində göstərilir.


 

Western Union

  • Əhatə dairəsi: 200-dən artıq ölkə
  • Məntəqələrin sayı: 335 000-dən çox
  • Köçürmənin müddəti: 2-3 dəqiqə
Tariflər
 

Xəzri

  • Əhatə dairəsi: 5 MDB ölkəsi
  • Məntəqələrin sayı: 3500-dən artıq
  • Köçürmənin müddəti: 5 dəqiqə
Tariflər
 

Zolotaya Korona

  • Əhatə dairəsi: MDB ölkələri, Çin
  • Məntəqələrin sayı: 13000
  • Köçürmənin müddəti: 2-3 dəqiqə
Tariflər
 

Contact

  • Əhatə dairəsi: 170-dən artıq ölkə
  • Məntəqələrin sayı: 400 000-dən çox
  • Köçürmənin müddəti: 5 dəqiqə
Tariflər

Göndərilmə və qəbul etmə qaydaları

İlk öncə müştəri şəxsiyyət vəsiqəsi ilə banka müraciət etməlidir.

Köçürmə edərkən müştəri aşağıdakı məlumatları göstərməlidir:

  • köçürülən məbləğ;
  • vəsaiti qəbul edən şəxsin tam adı, olduğu ölkə və şəhər;
  • vəsaiti göndərən şəxsin tam adı, telefon nömrəsi və ünvanı.

Pul köçürmələrini qəbul etmək üçün alan şəxs aşağıdakı məlumatları göstərməlidir:

  • köçürmə məbləği;
  • vəsaitin qəbul edənin tam adı və ünvanı;
  • vəsaiti göndərənin tam adı və telefon nömrəsi;
  • vəsaitin göndərildiyi ölkənin və şəhərin adı;
  • köçürmənin kontrol nömrəsi.