Əmək haqqını bankımızdan alan şəxslər 30 günlük overdraft kredit xəttindən yararlana bilərlər.

Bu kredit maaşını AtaBank-ın plastik kartları ilə alan müştərilər üçün nəzərdə tutulub.

Overdraft xəttinin açılması zamanı əmək haqqı əsas amil kimi götürülür. Əmək haqqının 50%-i qədər kredit xətti açıla bilər:

Kreditin şərtləri

  • Maksimal məbləğ: Əmək haqqının 50%-dək
  • Maksimal müddət: 30 gün
  • İllik faiz dərəcəsi: 24%

Tələblər

  • Yaş həddi: 18-63 yaş
  • Kreditin ödənişi: borcalanın növbəti ayın əmək haqqı məbləği hesabına oturduğu anda kredit məbləği avtomatik olaraq silinəcəkdir
  • Valyuta: Əmək haqqı ilə eyni valyutada
  • İş təcrübəsi: Minimum 1 il (əmək haqqını AtaBank-ın plastik kartı ilə ən az 6 ay almalıdır)
  • Komissiya: Bankın tariflərinə əsasən müəyyən olunur

Tələb olunan sənədlər:

  • Borcalanın şəxsiyyət vəsiqəsi;
  • Borcalanın əmək haqqı hesabından çıxarışı.