Qiymətli əşyalarınızın, pul vəsaitlərinizin təhlükəsiz şəkildə daşınması və çatdırılması üçün AtaBank olaraq sizə öz inkassasiya xidmətimizi təklif edirik.

Bankın inkassasiya xidməti aşağıdakıları təmin edir:

  • Müştərilərin nağd pul vəsaitlərinin daşınması;
  • Müştərilərin nağd pul vəsaitlərinin sayılması və hesaba köçürülməsi;
  • Müştərinin qiymətli əşyalarının və pul vəsaitlərinin qeyd olunmuş marşrut üzrə müşayiəti;
  • Əmək haqlarının ödənilməsi üçün əvvəlcədən hazırlanmış nağd pulun müştərilərə çatdırılması.