AtaBank Sizə əməkdaşlarınızın maaşlarını VISA/MASTERCARD plastik kartları vasitəsilə avtomatlaşdırılmış qaydada verməyinizi təklif edir.

Bu, proseduru maksimum sadələşdirir, əməkdaşların peşə ixtisasından asılı olaraq ödənişlərin tam məxfiliyi və yüksək fərqlənməsi qorunub saxlanılır.

Layihənin şirkət üçün üstünlükləri:

  • əmək haqqının verilməsi prosesi avtomatlaşdırılır;
  • kassa əməliyyatlarının sayı azalır;
  • kassa və mühasibatlıq əməkdaşlarının saxlanılması xərcləri azalır;
  • nağd pul vəsaitlərinin hesabdan çıxarılmasına görə heç bir Bank komissiyası ödənilmir;
  • pul vəsaitlərinin inkasassiyası və saxlanılması ilə əlaqədar xərclər aradan qalxır;
  • əməkdaşlar əmək haqqını almaq üçün daha az vaxt sərf edirlər.

Layihənin şirkətin əməkdaşları üçün üstünlükləri:

  • əmək haqqını vaxtında və hesablandığı gün almaq;
  • dünyanın istənilən yerindəki mağaza və ticarət mərkəzlərində mal və xidmətlərin dəyərini ödəmək;
  • AtaBank-ın geniş yayılmış bankomat şəbəkəsində​ 7/24 vəsaitləri hesabdan çıxarmaq;
  • Plastik kart hesabını internetdən idarə etmək və istənilən vaxt evdən və ya ofisdən çıxmadan ən müxtəlif ödənişləri həyata keçirmək.