AtaBank beynəlxalq ticarətdə hesablaşmalar və ixrac-idxal əməliyyatları ilə məşğul olan təşkilat və fərdi sahibkarları ortaya çıxa biləcək maliyyə risklərdən qorumaq üçün sənədli əməliyyatlar üzrə xidmətlər təqdim edir.

 

Qarantiyalar

Qarantiya - biznes tərəfdaşları arasında bağlanmış müqaviləyə əsasən birinin digəri qarşısında öhdəliklərinin təminat üsuludur.

Bank qarantiyasının növləri

  • Tender qarantiyası
  • Ödəniş qarantiyası
  • İcra qarantiyası
  • Gömrük qarantiyası
  • Avans ödənişinin qarantiyası
  • Digər qarantiya növləri

 

Akkreditivlər

Akkreditiv - ticarət əməliyyatları üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaları təhlükəsiz şəkildə təşkil etmək imkanı yaradan ödəniş üsuludur.

Sənədli akkreditiv istifadəsi həm satıcının, həm də alıcının maraqlarını yüksək dərəcədə qoruyaraq əvvəlcədən ödəniş etməməyə imkan yaradır.

Alıcının üstünlükləri:

  • Yalnız satıcı müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdən sonra ödənişlərin həyata keçirilməsi;
  • Akkreditivdə nəzərdə tutulmuş şərtlərə və müddətə uyğun mal/xidmətin  alınmasına zəmanət;
  • Alıcının pul vəsaitlərinin itirilməsi riskinin aradan qalxması.

Satıcının üstünlükləri:

  • Satıcı akkreditivin bütün şərtlərini yerinə yetirirsə, alıcıdan asılı olmayaraq ödənişin həyata keçirilməsinə zəmanət;
  • Mal alcıya çatmazdan öncə ödənişin həyata keçirilməsi imkanı.

Akkreditivin əsas növləri:

  • Təsdiqli
  • Geri çağrılmayan
  • Bərpa edilən (dəfələrlə təkrar edilən)
  • Transfer edilən (transferable)​
  • Kompensasiya edilən (back to back)

 

İnkasso

AtaBank sənədli inkasso üzrə xidmətlər təklif edir.

Bu əməliyyat zamanı bankın vəzifəsi əmtəə və ya xidmət ixrac edən müştərisinin tapşırığı əsasında, mal yüklənib yola salındıqdan sonra, idaxlçıdan ödənişləri almaqdır.

Burada müştərinin göstərişi ilə idxalçının bank xidmətlərinə və malın onun ünvanına göndərilməsinə görə verdiyi haqq elə həmin bankdaca ixracatçının hesabına köçürülür.

Bu əməliyyatla bağlı sualınız olarsa, bizə müraciət edə bilərsiniz.