Müasir dövrdə nağdsız ödənişlərin sayı günü-gündən artmaqdadır.  AtaBank bu növ ödənişlərə üstünlük verən müştərilər üçün POS terminal (ekvayrinq) xidmətini təklif edir.

Ekvayrinq xidmətinin üstünlükləri:

  • Nağdsız ödəniş edən müştərilər sayəsində müəssənizin satış həcminin artması;
  • AtaBank POS-terminallarından istifadə etməklə Visa, Mastercard və digər növ istənilən plastik kartları ilə ödənişin rahat həyata keçirilməsi;
  • Nağd pulun qəbulu, hesablaşma yükünün və daşınması ilə bağlı yarana biləcək risklərin azalması;
  • Saxta və yararsız pulların qəbulu və tədavülü riskinin azalması.

POS-terminalın quraşdırılması üçün aşağıdakı sənədlər tələb olunur:

Hüquqi şəxs:

  • Nizamnamənin surəti;
  • Müəssənin VÖEN-i və surəti;
  • Obyektlərin kodları (Vergilər Nazirliyi tərəfindən uçota alınma haqqında verilən (ARAYIŞ);
  • Hesab müqaviləsi və rekvizitləri;
  • Müəssisədə əlaqə saxlanılacaq şəxslərin adı və əlaqə nömrələri.

Fiziki şəxs:

  • VÖEN-nin surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Obyektlərin kodları (Vergilər Nazirliyi  tərəfindən uçota alınma haqqında verilən (ARAYIŞ);
  • Hesab rekvizitləri.