"AtaNet" Mobil Bankçılıq xidməti - Bankın müştərilərinə banka müraciət etmədən öz bank hesablarına dünyanın istənilən yerindən internet şəbəkəsi üzərindən mobil əməliyyat sistemləri (İOS və Android) vasitəsilə məsafədən giriş əldə etmək, hesablaşma-kassa xidməti müqaviləsi çərçivəsində onları idarə etmək imkanı verən mobil proqram təminatıdır.

AtaNet üç (Azərbaycan, Rus və İngilis) dildə istifadəyə verilib.

Sistemə giriş

AtaNet xidmətindən istifadə edilməsi məqsədilə Banka müraciət edərək bank tərəfindən təqdim edilmiş AtaNet sisteminə giriş ilə bağlı sənədləri imzalayırsız və gün ərzində bank tərəfindən AtaNet-ə giriş imkanı yaradılır.

AtaNet-dən istifadə etmək üçün mobil əməliyyat sisteminin internet mağazasından "AtaNet" mobil tətbiqini yükləyin və AtaNet-ə giriş əldə edin.

Yükləmə linki:

Google Play'də əldə edin App Store-dan yükləyin

İstifadəçinin autentifikasiyası və AtaNet-ə daxilolma

AtaNet-ə daxilolma:

Fiziki şəxs olan müştəri:

  • Müştəri nömrəsi və ya Asan İmza nömrəsi ilə.

Hüquqi şəxs və ya fərdi sahibkar olan müştəri:

  • Asan İmza nömrəsi ilə.

Müştəri nömrəsi ilə giriş:

  • Müştəri nömrəsini və bankda qeydiyyatdan keçdikdən sonra mobil nömrəsinə göndərilmiş şifrəni daxil edin.
  • Mobil nömrəsinə göndərilmiş birdəfəlik SMS şifrə ilə daxilolmanı təsdiq edin.

AtaNet-ə daxil olun.

Asan İmza ilə giriş:

  • Asan İmza mobil nömrə və Asan İmza İstifadəçi İD nömrəsini qeyd edin.
  • "Daxil ol" düyməsini seçin.
  • Yoxlama kodunu mobil nömrəsinə göndərilmiş kod ilə eyniləşdirin.
  • "Asan İmza PİN1" kodu ilə daxilolmanı təsdiq edin.

AtaNet-ə daxil olun.

Qeyd 1: Müştəri nömrəsi ilə qeydiyyat zamanı ilk öncə şifrə avtomatik olaraq generasiya edilir, müştərinin mobil nömrəsinə SMS vasitəsilə göndərilir. AtaNet-ə ilk dəfə daxil olduqda Müştəridən şifrənin dəyişdirilməsi tələb olunur.

Qeyd 2: Mobil telefon vasitəsində barmaq izi qeydiyyatı varsa, AtaNet-ə giriş zamanı barmaq izindən istifadə etməklə daxil olmaq olar.

Qeyd 3: Müştəri nömrəsi ilə daxil olduqdan sonra şifrə unudularsa, 136 Qaynar xətti vasitəsilə Bankda qeydiyyat zamanı təqdim edilmiş Gizli Şifrə Sözü bildirilməklə yeni şifrə mobil nömrənizə göndərilə bilər.

Xidmətlər

Hesablar haqqında məlumatlar:

  • Hər hansı bir cari hesab, əmanət hesabı, kart hesabı və ya kredit hesabı üzrə.
  • Balans məlumatların əldə edilməsi.
  • Son bir il ərzində aparılmış əməliyyatların hərəkətlərinin izlənilməsi.
  • Ödəniş cədvəli ilə tanış olunması.
  • Yeni cari, əmanət, kart hesabının açılması (Fiziki şəxslər üçün).

Köçürmələr vasitəsilə pul vəsaitin köçürülməsi:

  • "Öz hesabıma" köçürmə ilə bank daxili öz hesabları arasında köçürmə.
  • "Bankdaxili" köçürmə ilə Bankın müştərisi olan digər şəxslərə İBAN və ya hesab nömrəsi vasitəsilə köçürmə.
  • "Filialarası - kodla" köçürmə ilə digər şəxsin ad, soyad, ata adını və telefon nömrəsini qeyd etməklə həmin şəxsə köçürmə.
  • "Ölkədaxili AZİPS, XÖHKS" köçürmə ilə Bank xaricində olan digər şəxsə köçürmə.
  • "Ölkəxarici SWIFT" köçürmə ilə ölkə xaricində olan şəxslərə köçürmə.

Qeyd: Ölkə xarici köçürmələr yalnız xarici valyutada, ölkədaxili köçürmələr isə yalnız AZN valyutasında aparıla bilər.

Konvertasiya əməliyyatı:

Valyuta növünü seçib konvertasiya əməliyyatlarını həyata keçirərək həmin valyutaya uyğun hesab üzrə valyutanı alıb və ya satmaq imkanı.

Ödəmələr vasitəsilə əməliyyatların aparılması:

  • Mobil Operator ödənişləri (Azərcell, Bakcell, Nar mobile).
  • Kommunal ödənişləri (Azərişıq, Azəriqaz, AzərSu).
  • Stasionar telefon xidmətləri.
  • Kredit ödənişləri və ya İpoteka ödənişləri.

Əməliyyatların təsdiqlənməsi

Asan İmza ilə giriş zamanı - "Asan İmza PİN2".

Müştəri nömrəsi ilə giriş zamanı - mobil nömrəsinə göndərilmiş birdəfəlik SMS şifrə.

Funksional imkanlar

AtaNet ilə aparılmış bəzi əməliyyatlar müvafiq reqlament prosedurlarına, o cümlədən Mərkəzi Bankın təlimatlarına əsasən, Bankın əməliyyatçısı tərəfindən yoxlanılması və təsdiqlənməsi şərtilə həyata keçirilir.

Əlavə imkanlar

Məzənnələr - bankın mübadiləyə mümkün olan valyutalar və mübadilə kursları.

Xidmət şəbəkəsi - Bankın filiallarının adları və ünvanları haqqında məlumat və filiallar və bankomatların yerləşdiyi məkanı haqqında virtual xəritə.

Bank haqqında - Bankın yaranma tarixi və inkişaf dövrü haqqında qısa məlumat.

Şifrənin dəyişdirilməsi - Müştəri nömrəsi ilə giriş zamanı şifrənin dəyişdirilməsi imkanı.

İstifadə qaydaları - AtaNetin istifadə qaydası haqqında geniş məlumat.

Əlaqə vasitələri - 136 Qaynar xəttinə zəng, poçt ünvanına yazmaq, WhatsApp, Telegram ilə əlaqə, Facebook səhifəsinə müraciət.

Şablonlarım - Köçürmələr üzrə şablonların AtaNet-də saxlanılması.

Son əməliyyatlar - Müəyyən müddət ərzində məhsullar üzrə aparılmış əməliyyatlar haqqında ümumi məlumat.

Xidmət Haqqı

AtaNet xidmətindən istifadə PULSUZDUR.

Qaydalar

AtaNet mobil bankçılıq üzrə Qaydalar bankda qeydiyyat zamanı imzalanan müqavilədə qeyd edilməkdədir.