23 Aprel 2019

“AtaBank” ASC ölkə Prezidentinin imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar olaraq 23 aprel 2019-cu il tarixindən etibarən müştərilərinə kompensasiyaların ödənişinə başlayıb.

Bankın paytaxt və region filialları müştərilərə operativ şəkildə xidmət göstərməsi üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bundan əlavə kompensasiya üçün müraciət edəcək müştərilərin rahatlığının təmin olunması məqsədilə onlara sms bildiriş vasitəsilə filiala dəvət göndərilir. Əlaqə nömrələrini dəyişmiş müştərilərdən bankın Qaynar xəttinə zəng edərək yeni telefon nömrələrini təqdim etmələri xahiş olunub.

Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.

Problemli kreditlərin kompensasiyası üzrə əlavə suallarınızı WhatsApp/Telegram nömrəsinə 050 9999 136 ünvanlaya və ya 136 Qaynar xəttinə zəng edə bilərsiniz.