19 Mart 2019

“AtaBank” Novruz Bayramı münasibətilə bütün xalqımızı təbrik edir və bayram günlərində iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Bankın aşağıdakı filialları 22 Mart tarixində fəaliyyət göstərəcək:

  • 22 Mart - Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67;  09:00 – 18:00–dək (fasiləsiz)
  • 22 Mart - Sahil şöbəsi - Bakı şəh., Puşkin küç.9, qapı 1 və 2; 09:00 – 18:00–dək (fasiləsiz)

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.