27 Fevral 2019

“AtaBank” ASC tam yenilənmiş saytını müştərilərinin istifadəsinə təqdim edib. Sayta daxil olaraq hüquqi və fiziki şəxslərə təqdim edilən bütün xidmətlər barəsində məlumat əldə edə bilməklə yanaşı müştərilər plastik kart, səfirliyə təqdim etmək üçün arayış və kredit sifarişlərini, kommunal və kredit ödənişlərini onlayn həyata keçirə bilərlər. Bundan əlavə saytda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tələb olunan hesabatlar, İ-Map, bankın maliyyə göstəriciləri öz əksini tapıb. Əvvəlki versiyadan fərqli olaraq yenilənmiş saytdan bankın İnternet və Mobil Bank xidmətinə asanlıqla keçmək, həmçinin ən yaxında yerləşən filial və ATM-lər haqqında məlumat əldə etmək olar.

Ən əsası isə sayta daxil olub 136 Qaynar xətt düyməsini seçərək istənilən sosial şəbəkə, WhatsApp və sayt üzərində mövcud olan mesencer vasitəsi ilə dərhal bank ilə əlaqə yaratmaq mümkündür. 

“AtaBank” ASC-nin Biznesin İnkişafı Departamentinin Direktoru Oruc İbrahimov bildirdi ki, müştərilərin bütün istəkləri və beynəlxalq standartlar nəzərə alınaraq sayt tamami ilə yenilənib. Daha müasir üslubda hazırlanan sayt ən xırda məqamları belə nəzərə almaqla müştərilərin asanlıqla istifadə edə bilmələri üçün olduqca rahat tərtib edilib.

Bankın yeni internet səhifəsi ilə tanış olub onun imkanlarından yararlanmaq istəyənlər https://atabank.com/az/ saytını ziyarət edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.