10 Noyabr 2010

Azərbaycanın Özbəkistanda keçirilən ilk milli sərgisində "AtaHoldinq" şirkətlər qrupu iştirak edir.

[10.11.2010]

"AtaHoldinq" Şirkətlər Qrupu və onun tərkibinə daxil olan "AtaBank" ASC, "AtaSığorta" ASC və "AtaTurizm" MMC Özbəkistanın paytaxtı Daşkənd şəhərində 05 noyabr tarixində öz işinə başlayan birinci Azərbaycan Milli Sərgisində iştirak edirlər. Sərgidə "AtaBank" ASC, "AtaSığorta" ASC, "AtaTurizm" MMC mütəxissiləri Orta Asiya bazarına xidmətlərinin ixracı ilə bağlı Özbəkistanda fəaliyyət göstərən sahibkarlarla ikitərəfli işgüzar görüşlər keçirir.
"AtaSığorta" ASC Biznesin İnkişafı Departamentinin direktoru Fuad Əliyev öz çıxışında qeyd etdi ki: "Bu sərgidə iştirakımızın əsas məqsədi Orta Asiyada fəaliyyət göstərən həmkarlarımız ilə sığorta sahəsində müştərilərə xidmət göstərilməsi və korporativ mədəniyyətinin səviyyəsinin artırılması, cəlb olunan risklərin təkrarsığortası və bölüşdürülməsi sahəsində sıx əlaqələrin qurulmasıdır".
Sərgiyə gələn ziyarətçilərə "AtaBank" ASC, "AtaSığorta" ASC və "AtaTurizm" MMC-nin fəaliyyətini əks etdirən broşurlar, disk və digər təşviqat materialları paylanılaraq ətraflı məlumat verilir.
Sərgi 08 noyabr 2010-cu il tarixinə qədər davam edəcək. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri və 160-dan çox müəssisə və təşkilat iştirak edir.