15 Oktyabr 2010

"AtaBank" ASC-nin kənar auditorunu seçdi.

[15.10.2010]

"AtaBank" ASC-nin Müşahidə şurasının 17 sentyabr 2010-cu il tarixli iclasının 23 saylı protokoluna əsasən 2011-ci il üçün bankın kənar auditoru kimi Baker Tilly Azerbaijan şirkəti seçilmişdir.
Baker Tilly Azerbaijan - beynəlxalq səviyyədə audit və konsaltinq xidmətləri təklif edən, müstəqil firmalar şəbəkəsi olan Baker Tilly International şirkətinin müstəqil üzvüdür. Baker Tilly İnternational yalnız özünün müvəffəqiyyətləri ilə deyil, həmçinin üzv şirkətlərə qarşı qoyulan sərt standartları ilə tanınır. Baker Tilly İnternational şəbəkəsinə daxil olan Baker Tilly Azerbaijan, şirkətin yüksək səviyyəli xidmətlərinə olan beynəlxalq inamın bariz nümunəsidir.
1987-ci ildə təsis edilən və beynəlxalq bazarda özünü müstəqil mühasibat şirkətlərinin əsas birliklərindən biri kimi tanıdan Baker Tilly International mühasibat və audit xidmətləri üzrə dünyanın 8-ci böyük şəbəkəsi hesab olunur. 110 ölkədən 145 şirkəti özündə birləşdirən şəbəkənin mənzil-gərargəhı London şəhərində yerləşir. Beynəlxalq assosiasiyanın müxtəlif ölkələrdə 509 nümayəndəliyi fəaliyyət göstərir və ümumi ştat cədvəlində 25.000-dən artıq yüksək ixtisaslı əməkdaşı çalışır.
Qeyd edək ki, artıq 8-ci ildir ki, bankın maliyyə hesabatları beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənir.