13 Oktyabr 2010

ATABANK 2010-cu ilin 9 ayına yekun vurdu

[13.10.2010]

İlin əvvəlindən etibarən sentyabr ayının sonuna bankın xalis aktivləri 7,6% və ya 15,2 mln. manat artaraq 214,5 mln. manat təşkil etmişdir. Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 13,7% olmuşdur. Yanvar-sentyabr ayları ərzində kredit portfeli 6,3% və ya 8,0 mln. manat artaraq 135,4 mln. manata bərabər olmuşdur.

Cari ilin 9 ayı ərzində müddətli depozit portfeli 8,2% və ya 11,3 mln. manat artaraq 148,5 mln. manatı keçmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 19,4% təşkil etmişdir. İlin əvvəlindən etibarən fiziki şəxslərin müddətli depozitləri 5,0 mln. manat və ya 6,4% artaraq 83,8 mln. manat olmuşdur. Sentyabr ayının sonuna bankın xalis mənfəəti 745,9 min manat olmuşdur.

Cari ildə bank tərəfindən Bakı şəhərində 2 yeni "Paytaxt" və "Yeni Həyat" filialları müştərilərin ixtiyarına vermişdir. Bununla da bankın fəaliyyət göstərən filial və şöbələrinin sayı 23-ə çatmışdır. 2010-cu il ərzində bank həmçinin "Zolotaya Korona" surətli pul köçürmə sisteminə qoşulmuşdur. 2010-cu ilin əvvəlində bank MDB-də ilk şaquli dizaynlı Visa kartı - Visa Electron Vertical emissiya etmişdir.