14 İyul 2010

AtaBank yeni sürətli pul köçürmə sisteminə qoşuldu

[14.07.2010]

Bir qədər əvvəl bank "Zolotaya Korona" sürətli pul köçürmə sisteminə qoşuldur. Görülmüş işlər nəticəsində AtaBank ASC-nin Göyçay, Yevlax, Əli-Bayramlı, Xaçmaz, Lənkəran filialları və Yasamal şöbəsində tam olaraq köçürmələri göndərmək və almaq olar.
"Zolotaya Korona" - sürətli pul köçürmə sistemi Rusiya, Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan və digər MDB ölkələrini əhatə edən geniş şəbəkəyə malikdir və hesab açmadan köçürmələri bir neçə dəqiqə ərzində həyata keçirməyə imkan verir.
"Zolotaya Korona" nağdsız vəsaitlərin köçürülməsinin ən əlverişli və rahat üsullarından biridir. Vəsaitin köçürülməsi və alınması şərtləri çox sadədir və cəmisi 2-3 dəqiqə vaxt aparır. Köçürmələrə görə komissiya məbləği 1.5% təşkil edir və vəsaiti alan müştəridən heç bir əlavə haqq tutulmur.
Hazırda bankda Western Union, PrivatMoney, Migom, Bıstraya Poçta, Contact, Coinstar və Travelex sistemləri ilə də köçürmələr etmək olar. Yaxın vaxtlarda bankın "Blizko" sisteminə də qoşulacağı planlaşdırılır.