14 İyul 2010

"ATABANK" ASC filial şəbəkəsini genişləndirir

[14.07.2010]

Bu günlərdə "AtaBank" ASC-nin yeni "Yeni Həyat" filialı fəaliyyətə başladı. Bankın digər filial və şöbələri kimi, "Yeni Həyat" filialı da fiziki və korporativ müştərilərə geniş çeşidli bank xidmətləri, o cümlədən kassa hesablaşma xidməti, əmanətlərin qəbulu, kreditlərin verilməsi, plastik kartların rəsmiləşdirilməsi, sürətli pul köçürmələri, kommunal ödənişlərin qəbulu və sair bank xidmətləri göstərəcəkdir.
Qeyd edək ki, yeni filial Bakı şəhəri, Zərifə Əliyeva pr. 55 ünvanında yerləşir (Yeni Həyat biznes mərkəzinin 1-ci mərtəbəsində).
Bu filial bankın sayca 23-ci xidmət bölməsidir. Bankın filial və şöbələrin 10-u respublikamızın iri şəhər və rayonlarında yerləşir.
Bankın strateji planına uyğun olaraq cari il ərzində daha 1 yeni filialın açılması planlaşdırılır.