1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. Yüksək texnologiyalı universal bank hesab olunan AtaBank öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. Bankın fəaliyyət tarixinin ən önəmli hadisələri aşağıdakılardır:

  • 1997 - Bakı Banklarаrası Valyuta Birjasının tamhüquqlu üzvü oldu.
  • 2001 - SWIFT sisteminə qoşuldu. Milli ödəniş sistemi olan AZİPS-in və Azərbaycan Banklar Assosiasiyanın üzvü oldu.
  • 2002 - Bakı Fond Birjası AtaBank-ı öz üzvləri sırasına daxil etdi.
  • 2003 - Sahibkarlığa Kömək Milli Fondunun üzvü oldu və bankın ilk region filialı Xaçmaz şəhərində açıldı. 
    AtaBank dünyanın hər yerində fəaliyyət göstərən Beynəlxalq pul köçürmələri sistemi "Western Union"-un üzvü statusunu əldə etdi.
  • 2004 - AtaBank ATİB-nin (Azərbaycan Türkiyə İş Adamları Birliyi) üzvü oldu.
    VİSA İnternational Beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olan AtaBank bu sistemin 3 məhsulunun (VİSA Electron, VİSA Classic, VİSA Gold) emissiyasına başladı.
    Bank "Etimad Bankı" nominasiyası üzrə UĞUR mükafatına layiq görüldü.
  • 2006 - AtaBank Azərbaycan İpoteka Fondunun üzvü oldu. May ayından etibarən Bank Visa İnternational sisteminə tamhüquqlu üzv seçildi.
  • 2007 - AtaBank Əmanətlərin Sığortalanması Fondunun üzvü oldu. Bank keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunu təmin edən sertifikatlaşdırma işlərini uğurla başa çatdırdı və "Bureau Veritas" şirkəti tərəfindən 03 aprel 2007-ci il tarixli, 210667 nömrəli İSO 9001:2000 sertifikatı (bütün növ bank xidmətlərini əhatə edən) ilə təltif edildi. May ayında Bank Visa Platinum və Visa Business plastik kartlarının emissiyasını həyata keçirir. Hər zaman yeni məhsullarla bazarı canlandıran bu xəttə sadiq qaldı və fərdi dizaynlı Visa Electron Solo və Visa Classic Solo kartlarını hazırlayıb müştərilərə təqdim etdi.
  • 2009 - Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) üzvü oldu və KÖMİS (APUS) sisteminə qoşuldu.
  • 2010 - AtaBank MDB məkanında bir ilkə imza atdı. Visa Electron Vertical kartını buraxmaqla «yenilikçi» statusunu möhkəmləndirdi. "İnnovasyon texnologiyaların tətbiqi" sahəsində UĞUR mükafatını əldə etdi.
  • 2011 - AtaBank Cənubi Qafqazda ilk dəfə olaraq ətirli kartlar emissiyasına başladı. Bankın müştəriləri Visa Electron Aroma Lemon və Visa Classic Aroma Coffee kartları ilə AtaBank fərqini bir daha duydular. AtaBank "Golden Pay" şirkəti ilə birlikdə bazara yeni "Bill Pay" adlı elektron ödəniş sistemini təqdim etdi.
  • 2012-ci ildə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi  “AtaBank” ASC-nin uzunmüddətli reytinqini "B-", “Sabit”,  qısamüddətli  reytinqini  isə “B” səviyyəsində  qiymətləndirilmişdi.
  • 2013-cü il tarixdən - MasterCard Beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olan AtaBank bu sistemin 4 məhsulunun (Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum) emissiyasına başladı. Və həmin ilin nəticələrinə görə Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalı tərəfindən “AtaBank” “2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb.
  • 2014-cü il tarixdən “AtaBank” ASC fiziki şəxslərin, 01.01.2015-ci il tarixdən isə hüquqi şəxslərin hesablarının açılması və identifikasiyasını həm də FATCA tələb və prosedurlarına uyğun həyata keçirir. Və bu ildən “AtaNet” internet bankçılıq xidməti istifadəyə verilmişdir.
  • 2015-ci il tarixdən “AtaBank” ASC Təmassız MasterCard Contactless və Visa PayWave kartları emissiya edilmişdir.
  • 2016-cı il tarixdən “AtaBank” ASC  «Xəzri» təcili pul köçürmə sisteminə qoşulub. Hazırda bank "Western Union", "Xəzri", "Zolotaya Korona", "Contact" kimi sürətli pul köçürmələri həyata keçirilir.
  • 2017-ci ildə “AtaBank” “Synergy Group”un tərkibinə keçib. Səhmdarların ortaq qərarı ilə "Caspian Development Bank” “AtaBank” ASC -yə birləşdirilərək Azərbaycan maliyyə bazarında bir çox göstəricilərə görə lider bank yaradılmışdır.
  • 2017-ci ildə “AtaBank” ASC dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsini imzalayıb.
  • 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal  sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilmişdir. Həmin ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb.
  • 2018-ci ilin iyul ayında "AtaBank" ASC, öz AtaNet internet və mobil bankçılıq tətbiqi ilə Sinqapurda keçirilən və dünyanın aparıcı banklarının iştirak etdiyi “Asian Banking & Finance Wholesale Banking Awards 2018” tədbirində “Daxili texnologiyalar və əməliyyatlar üzrə” İlin bankı nominasiyasının qalibi olub.