"Nağdsız ödə, nağd qazan" 2016

AtaBank tərəfindən keçirilən "Nağdsız ödə, nağd qazan" adı altında ani stimullaşdırıcı lotereya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada davam edir.

Ani stimullaşdırıcı lotereyanın iştirakçıları

  • Bu lotereyada AtaBank tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilən kartlar ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilər.
  • Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər lotereyada iştirak etmirlər.
  • Ani stimullaşdırıcı lotereyada AtaBank tərəfindən quraşdırılmış bütün POS-terminallar iştirak edir.
  • Təqvim ayı ərzində ümumilikdə ən azı 20 (iyirmi) manat məbləğində əməliyyat aparan kart istifadəçiləri lotereyada iştirak hüququ əldə edir.
  • “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 (on) manatlıq çek üçün bir kupon təqdim edilir.
  • Ani stimullaşdırıcı lotereya 01 May 2016-cı il tarixindən 31 dekabr 2016-cı il tarixinədək davam edir.

Ani stimullaşdırıcı lotereyada iştirak hüququ, lotereya kuponlarının təqdim edilməsi və uduş şərtləri

  1. Ani stimullaşdırıcı lotereyada AtaBank tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilən kartlar ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilər.
  2. Lotereya kuponlarının əldə etmək üçün plastik kart istifadəçisi təqvim ayı ərzində AtaBank-ın POS-terminalları vasitəsilə nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayır və növbəti təqvim ayının sonuncu iş günündən gec olmayaraq bankın istənilən filial və ya şöbəsinə şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə müraciət edir.
  3. Çekləri yalnız əməliyyatı aparan plastik kart istifadəçisi ya şəxsən özü, ya da onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında) təqdim etməlidir.
  4. Plastik kart istifadəçisi sonuncu əməliyyatın aparılma tarixindən sonrakı iş günündən etibarən çekləri banka təqdim edə bilər.Plastik kart istifadəçisi tərəfindən təqdim olunan çeklər AtaBank-ın filial və ya şöbəsinin əməliyyatçısı tərəfindən bu lotereyanın keçirilməsi üçün xüsusi yazılmış proqram vasitəsilə yoxlanılır.
  5. Plastik kart istifadəçisi haqqında müvafiq məlumat bankın filial və ya şöbəsinin əməliyyatçısı tərəfindən proqrama daxil edilir və çeklər qeydə alınır.
  6. Plastik kart istifadəçisi tərəfindən təqdim olunan çeklərin hər 20 (iyirmi) və 10 (on) manatlıq məbləği üçün 1 (bir) lotereya kuponu əməliyyatçı tərəfindən təqdim edilir. Skreç kart şəklində olan lotereya kuponu əməliyyatçı tərəfindən kart istifadəçisinə dərhal təqdim edilir.
  7. Plastik kart istifadəçisi bu kuponu təhvil alır və onun xüsusi zolağını pozur. Kupon uduşludursa, o, bu kuponu əməliyyatçıya təqdim edir.
  8. Uduşlu kuponların qəbulu (şəxsiyyət vəsiqəsini təqdim etməklə), onların AtaBank tərəfindən yayıma başlandığı tarixdən (01 May 2016-cı il) başlayır və lotereyanın başa çatdığı tarixdən (31 dekabr 2016-cı il) etibarən 90 (doxsan) iş günü davam edir.
  9. Uduşlar uduşlu kuponların AtaBank tərəfindən qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günü ərzində sahibinə verilir.
  10. Eyniləşdirmə məlumatları oxunmaz dərəcədə yararsız hala düşmüş çek və kuponlar bank tərəfindən qəbul olunmur.
  11. Ani stimullaşdırıcı lotereyanın şərtləri və uduşlar haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində və kütləvi informasiya vasitələrində (TV, Radio kanalları və mətbu nəşrlər) işıqlandırılır.


Alış Satış
USD 1.7400 1.8400
EUR 1.8500 1.9650
RUR 0.0295 0.0319
GBP 2.1600 2.3020
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102