Quliyev Dəyanət Namiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirmişdir.

2003-cü ildə “AtaBank” ASC-nin Xəzinədarlıq Departamentinin Baş mütəxəssisi qismində əmək fəaliyyətinə başlamışdır. Daha sonra bankın Bank kartları və elektron xidmətlər Departamentinin direktor müavini, Kartlar və elektron ödəniş sistemləri ilə iş şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2009-cu ildə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunmuşdur.

2013-cü ildə bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.

2014-cü ildən 2016-cı ilədək “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışmışdır.  

14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

Maliyyə, o cümlədən Bank sahəsi üzrə bir çox yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və digər tədbirlərdə iştirak edib.

Evlidir, iki övladı var.



Alış Satış
USD 1.6900 1.7500
EUR 1.8300 1.9000
RUR 0.0292 0.0308
GBP 2.1200 2.2000
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102