«3D Secure» - dələduzluq hallarından mühafizə olunmaq və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizləşdirilməsi imkanı verən texnologiyadır.

Artıq AtaBank MasterCard və Visa International kart sahibləri İnternet vasitəsilə həyata keçirdikləri əməliyyatları təhlükəsizləşdirə və itki riskini xeyli azalda bilər. Bu internet-ödənişlərin təhlükəsizliyinin təmin edilməsində "3D Secure" adlı ən müasir texnologiyanın köməyilə mümkündür.

Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə “AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasıdır.

“3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri  “AzeriCard” səhifəsinə keçir, orada "3D" parolunu daxil edir və yalnız parolun təsdiqindən sonra ödənişi keçirir.

“3D Secure” xidmətinə qoşulma aşağıdakı qaydada həyata keçirilir:

  Plastik kart ATM-ə daxil edilir və əsas menyuda Xidmətlər bölməsi seçilir

Xidmətlər menyusundan “IB və 3D Secure Parolları bölməsi seçilir

Üzərində seriya nömrəsi və komponentlər əks olan çek çap olunur. 

Birdəfəlik parollar www.azericard.com/3d səhifəsində qeydiyyatdan keçirilməlidir.

1-ci addım: kartın nömrəsini əlavə edirsiniz. 


2-ci addım: “birdəfəlik parolların siyahısı” - autensifikasiya növünü seçin

 

3-cü addım: Kartın istifadə müddətinin bitmə tarixini, CVC2 və birdəfəlik parolu daxil edin.  

4-cü addım: İstifadəçinin adını, parolu, kömək sözünü və salam mətnini daxil edin. Parol minimum 8 işarədən ibarət olmalıdır. Parolda hərflər, rəqəmlər və xüsusi işarələr olmalıdır.

5-ci addım: Qeyd olunma prosesi uğurla başa çatdıqda aşağıda göstərilən pəncərəni görəcəksiniz.

 Qeyd:  “3D” parolunun qeydiyyatı pulsuzdur.








Alış Satış
USD 1.6850 1.7050
EUR 1.8750 1.9100
RUR 0.0274 0.0287
GBP 2.1200 2.1800
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102