“AtaBank” ASC tərəfindən iOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil telefonlar üçün təklif olunan MobilBank xidmətinə qoşulmaqla siz yerləşdiyiniz yerdən və vaxtdan asılı olmayaraq real vaxt rejimində Bankın xidmətlərindən istifadə edə bilərsiniz.

Xidmətlərin siyahısı: 

  • Kommunal xidmətlərin ödənişi
  • Mobil operator xidmətlərinin ödənişi
  • İnternet provayderlər xidmətlərinin ödənişi
  • Pulun kartdan karta köçürülməsi
  • Kartın bloklaşdırılması
  • Kart hesabı üzrə çıxarışın alınması
  • Kartın balansı haqqında məlumatın alınması

Sistemin üstünlükləri:

  • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi
  • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
  • SİM kart dəyişmədən xidmətə qoşulma imkanı
  • Banka müraciət etmədən qoşulma imkanı
  • İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı

Məlumatların təhlükəsizliyi:

  • Bütün ötürülən məlumat şifrələnir
  • Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verir
  • Midlet icazəsiz telefon istifadəsini aradan qaldıran xüsusi PİN kodla təmin olunmuşdur
  • Məlumatlar midletdə saxlanılmır, hostda yoxlanılır

MobilBank xidmətinə qoşulma aşağıdakı qaydada həyata keçirilir:

  Plastik kart ATM-ə daxil edilir və əsas menyuda Xidmətlər bölməsi seçilir

Xidmətlər menyusundan MobilBank qeydiyyat bölməsi seçilir

Üzərində seriya nömrəsi və komponentlər əks olan çek çap olunur

Midlet telefona yükləndikdən sonra xidməti aktivləşdirmək üçün ATM-dən çap olunmuş qəbzin üzərində qeyd olunan seriya nömrəsini və komponentləri ardıcıllıqla daxil etmək lazımdır. Seriya və komponentləri daxil etdikdən sonra midlet üçün PİN kod yaratmaq lazımdır, PİN kod 2 dəfə daxil edilir, sonra isə menyunun dili seçilir. Bununla da siz MobilBank xidmətinə qoşulursunuz

Midletin baş menyusu:

Məlumatların təhlükəsizliyi

Bütün ötürülən məlumatlar şifrələnir və məlumatların təhlükəsizliyinə zəmanət verilir. Midlet icazəsiz telefon istifadəsini aradan qaldıran xüsusi PİN kodla təmin olunur.

MobilBank xidməti üçün əlavələri Play Market və App Store-dan yükləmək mümkündür.

Qeyd: Əlavə kartın MobilBank xidmətinə qoşulması və ya xidmətin dayandırılması üçün Banka müraciət edə bilərsiniz.



Alış Satış
USD 1.6900 1.7500
EUR 1.8300 1.9000
RUR 0.0292 0.0308
GBP 2.1200 2.2000
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102