Hüseynov Rauf Qəhrəman oğlu 1982-ci ildə anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin Maliyyə-Kredit ixtisası üzrə bakalavr pilləsinin, 2005-ci ildə isə elə həmin universitetdə eyni ixtisas üzrə magistr pilləsinin məzunu olub.

Əmək fəaliyyətinə 10.08.2004-cü il tarixində “AtaBank” ASC-nin Müştəri xidmət departamentinin mübadilə məntəqəsinin xəzinədarı kimi başlayıb.

03.01.2005-ci il tarixindən “AtaBank” ASC-nin Əməliyyat İdarəsində kredit mütəxəssisi kimi fəaliyyətini davam etdirib.

01.06.2005-ci il tarixində “AtaBank” ASC-nin Daxili audit departamentinə Daxili auditor vəzifəsinə təyin edilib.

05.02.2008-ci il tarixində “AtaBank” ASC-nin Filiallarla iş departamentinin direktoru vəzifəsinə keçirilib.

01.11.2010-cu il tarixindən “AtaBank” ASC-nin Daxili audit departamentinin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

17.03.2015-ci il tarixindən etibarən Bankın İdarə Heyətinin üzvü seçilmiş və İcraçı direktor vəzifəsinə təyin edilmişdir.

12.04.2016-ci il tarixindən etibarən isə "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini təyin olunmuşdur.

Rauf Hüseynov eyni zamanda, 2014-cü ilin aprel ayından Azərbaycan Respublikasının Auditorlar Palatasının İdarə Heyətinin üzvüdür.

Bank işi, maliyyə və kredit, banklarda daxili nəzarət, risklərin idarə edilməsi və liderlik üzrə bir çox yerli və beynəlxalq seminarlarda, konfrans, treyninq və kurslarda iştirak edərək Bankı təmsil etmişdir. Eyni zamanda, 2014-cü ildə İngiltərənin “Bournemouth Business School International” (BBSI) kollecində

“Maliyyə və maliyyə xidmətləri” üzrə sertifikatlaşdırılmış praktiki kurslarda iştirak etmişdir.



Alış Satış
USD 1.7000 1.7400
EUR 1.8300 1.8900
RUR 0.0292 0.0305
GBP 2.1100 2.1700
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102