Bu gündən etibarən “AtaBank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırdı. Artıq müştərilər bir il müddətinə illik 12%, 5 il müddətinə isə illik 16% dərəcə ilə əmanət yerləşdirə bilərlər. Hər ay əmanət hesablarını artırmaq istəyərək yığım edən müştərilər üçün də Bank tərəfindən xoş xəbər var. Belə ki, “Yığım” əmanəti üzrə faiz dərəcələri 1% daha artırıldı. Ümumilikdə “AtaBank” ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını “Manata dəyər verək” şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək.

Ölkənin aparıcı banklarından biri olan “AtaBank” ASC-nin 2014-cü ilin sonuna aktivləri il ərzində 54,8% artaraq 580,3 mln manat təşkil etmişdir. Həm pərakəndə, həm də biznes bankçılıq istiqamətlərində uğurlu olan “AtaBank” ASC-nin ötən ilin sonuna əmanət portfeli 511,0 mln manat təşkil etmişdir, bunlardan da 166,0 mln manatı fiziki şəxslərin müddətli depozitləri olmuşdur.

Universal əmanəti: 

Faizlər aylıq, rüblük, illik və müddətin sonu verilir. 

AZN – 12 aya - 12.00% illik (60 aya - 16% illik)

Yığım əmanəti:

Faizlər hər ay əsas məbləğin üzərinə gəlir və müddət bitdikdə verilir. 

AZN – 12 ay - 10.5 % illik (60 ay - 14.5 % illik)

VİP əmanəti:

Faizlər aylıq, rüblük, iilik və ya müddətin sonu ödənilə bilər 

AZN – 12 aya - 12.00% illik (60 aya - 16.00% illik)



Alış Satış
USD 1.7500 1.8200
EUR 1.8400 1.9250
RUR 0.0297 0.0316
GBP 2.1800 2.2850
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102