İltifat Ağayev 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. "Yanacaq-energetika kompleksi sahələrində iqtisadiyyat və idarəetmə!" ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 13 iyun 1997-ci il tarixli qərarı ilə ona mühəndis iqtisadçı ixtisası verilmişdir.

10 sentyabr 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və 12 mart 2003-cü ildə "Maliyyə və kredit" ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmiş və Dövlət İmtahan Komissiyasının 10 mart 2003-cü il tarixli qərarı ilə ona iqtisadçı ixtisası verilmişdir. 

İ. Ağayev əmək fəaliyyətinə 21.10.1994-cü ildə "Fəxri" kiçik müəssisəsində müdir kimi başlamışdır. 14.04.1995-ci il tarixində "AtaBank" KB-də Mübadilə məntəqəsinin işçisi vəzifəsinə qəbul olunmuşdur. 01.08.1997-ci il tarixindən həmin bankda əməliyyatçı, 01.10.1997-ci il tarixindən isə Kredit şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 11 noyabr 2002-ci il tarixdən "AtaBank" ASC-nin Müştəri Xidmətləri Departamentinin Direktoru vəzifəsinə təyin olunmuşdur. 03.01.2005-ci il tarixində Əməliyyat İdarəsinin rəisi, 05.01.2006-cı il tarixindən yenidən Müştəri Xidmətləri Departamentinin Direktoru vəzifəsinə təyin edilmişdir. 24.08.2006-cı il tarixindən "AtaBank" İdarə Heyətinin sədr vəzifəsində çalışmışdır. 14.11.2014-ci il tarixindən etibarən Müşahidə Şurasının üzvüdür. 



Alış Satış
USD 1.7500 1.8200
EUR 1.8400 1.9250
RUR 0.0297 0.0316
GBP 2.1800 2.2850
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102