Əliyev Səbuhi Osman Oğlu 1982-ci ildə anadan olmuşdur.

1999-2003-cü illərdə "Odlar Yurdu” Universitetinin “Hüquq” fakultəsində bakalavriat, 2003-2005-ci illərdə təhsilin magistratura və 2005-2008-ci illərdə isə doktorantura pillələrində cinayət və mülki hüquq sahələri üzrə təhsil almışdır.

2010-cu ildə cinayət hüququ sahəsində dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. Hüquqşünas alimdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Distant və Əlavə Təhsil Mərkəzində “Maliyyə” ixtisası üzrə təsil almışdır. Hazırda Azərbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi” fakultəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə əlavə təhsil almışdır.

2004-2005-ci illərdə “MuğanBank” ASC-də Kredit Departamentinin mütəxəssisi, Hüquq Departamentinin direktoru vəzifələrində çalışmışdır.

2005-2006-cı illərdə “Bəbir” hüquq firmasında və “AtaKonsaltinq” MMC-də hüquqşünas vəzifəsində çalışmışdır.

2006-2014-cü illərdə “AtaBank” ASC-də Hüquq Departamentinin mütəxəssisi, Hüquq Departamentinin baş hüquq məsləhətçisi, Hüquq Departamentinin direktoru vəzifəsində çalışmışdır.

2014-2016-cı illərdə “Synergy Group” ASC-də Hüquq Departamentinin direktoru, İdarə Heyətinin üzvü-Hüquq Departamentinin direktoru və Müşahidə Şurasının üzvü vəzifələrində çalışmışdır.

12 aprel 2016-cı ildən “AtaBank ASC-nin İdarə Heyəti sədrinin müavini təyin edilmişdir.

2012-ci ildən AR Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Cinayət hüququ” Kafedrasının müəllimidir.

2011-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə doktorantıdır.

Hüquq, maliyyə, o cümlədən Bank sahəsi üzrə bir çox yerli və beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və digər tədbirlərdə iştirak etmişdir.

Evlidir. İki övladı var.



Alış Satış
USD 1.7500 1.8200
EUR 1.8400 1.9250
RUR 0.0297 0.0316
GBP 2.1800 2.2850
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102