Adıgözəl Ağayev

1978-1983-cü illərdə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnmişdir. 

1983-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur.

1989 - ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləmişdir.

Milli Bankın dəvəti 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək bank sektorunda əmək fəaliyyətini davam etdirmiş, Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışmışdır.

2004-cü ilin oktyabr ayından Milli Bankda yeni yaradmış Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi qrupuna rəhbərlik etmişdir. Respublikada fəaliyyət gostərən bankların beynəlxalq hesabatlıq sisteminə keçirilməsi prosesində USAİD-in Bank nəzarəti üzrə ekspertlər qrupu ilə əməkdaşlıq etmişdir.

"AtaHolding" ASC-də əmək fəaliyyətinə 06 yanvar 2005-ci ildən Maliyyə departamentinin direktoru vəzifəsindən başlamış, 17 dekabr 2005-ci il tarixində İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunmuşdur.            15 oktyabr 2012-ci il tarixindən “AtaHolding” ASC İdarə Heyətinin sədridir, eyni zamanda “AtaSığorta” ASC Direktorlar Şurasının sədridir. 

Ailəlidir, iki övladı var.



Alış Satış
USD 1.6700 1.7100
EUR 1.7800 1.8700
RUR 0.0275 0.0301
GBP 2.1200 2.2200
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102