2003-cü ildən AtaHoldinq-in Müşahidə Şurasının Sədridir.

Cənab Erentok Azərbaycanda uzun müddət uğurlu biznes fəaliyyəti aparır. 1998-ci ildən 2003-cü ilə qədər o, hər ikisi investisiya qoyuluşu və konsultasiya xidmətlərində ixtisaslaşmış regional şirkətlər olan Partner İnvestment Holdinq və Hapuqam İnvestment Holdinq-in Prezidenti və təsisçisi olmuşdur. 1998-ci ildə o Global Avrasiya İnvestisiya Menecment-in qurduğu Azərbaycan Əmlak Holdinqi-ndə İdarə Heyətinin üzvü və İnvestisiya Meneceri kimi fəaliyyətə başlamışdır.

1992-ci ildən 1998-ci ilədək cənab Erentok Akpınar Holdinq-in Baş Mudiri və İdarə heyətinin üzvü, GFC General Faynans İnk-in İdarə Heyətinin Sədri və Tuna Şirkətlər Qrupunun Vitse-Prezidenti və İdarə Heyətinin üzvü olmuşdur.1983-cü ildən 1992-ci ilədək cənab Erentok kompyuter və mebel sektorlarında bir neçə şirkət qurmuşdur. 2004-cü ildən cənab Erentok Azərbaycan-Turkiyə İş Adamları Assosiasiyasının Prezidentidir. 

Cənab Erentok Buckingham Universitetində Bakalavr, sonra isə New York Universitetinin Brooklyn Kollecində "Beynəlxalq münasibətlər və Hüquqşünaslıq" ixtisası üzrə magistr dərəcələrini almışdır. Sahibkarlıq fəaliyyəti dövründə o, bir çox kursları və seminarları, o cümlədən Yıldız Texniki Universitində TIYSEP proqramını və Harvard Biznes məktəbində OPM proqramını bitirmişdir.



Alış Satış
USD 1.6850 1.7050
EUR 1.8750 1.9100
RUR 0.0274 0.0287
GBP 2.1200 2.1800
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102