“ATABANK” və “CASPİAN DEVELOPMENT (CDB) BANK” ASC-lərin səhmdarlarının Ümumi Yığıncaqlarının qərarlarına əsasən “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC-nin yenidən təşkil şəklində ləğv edilərək  “ATABANK” ASC-yə qoşulması ilə əlaqədar  Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilmişdir.

Məlumat üçün bildiririk ki, həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin  qiymətləndirilməsinin  aparılmasına dair  “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilmişdir.

Həmçinin, “ATABANK” və “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir  bank  tərəfindən  ayrı-ayrılıqda  davam etdiriləcəkdir.

“AtaBank” mətbuat xidməti. 



« Xəbərlər

Alış Satış
USD 1.6700 1.7100
EUR 1.7800 1.8700
RUR 0.0275 0.0301
GBP 2.1200 2.2200
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102