Korporativ idarəetmə sistemi

Müşahidə Şurasının səlahiyyət və vəzifələri 

Şura, Bankın Nizamnaməsinə əsasən Səhmdarların Ümumi Yığıncağının ona vermiş olduğu aşağıdakı səlahiyyətlərə malikdir:

  • Bankın Daxili Reqlamentini qəbul etmək, ona əlavə və dəyişikliklər etmək;
  • Faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyalarına dair bankın siyasətini, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
  • Əsas fəaliyyət istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək, Bankın biznes planını təsdiq etmək;
  • Təşkilati strukturu müəyyənləşdirmək;
  • Bankın filiallarını, şöbələrini və nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, onların əsasnamələrini təsdiq etmək;
  • Növbəti və tələb olunduğu hallarda, növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək;
  • Bankın büdcəsini qəbul və təsdiq etmək;
  • İdarə Heyətini təyin və azad etmək, onun əsasnaməsini təsdiq etmək;
  • Bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən Bankın İdarə Heyətindən hesabat almaq;
  • Səhmdarların Ümumi Yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;
  • Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə və onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;
  • Bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, Mərkəzi Banka isə bank qanunvericiliyinin pozulması faktları barədə bildiriş göndərmək;
  • Azərbaycan Respublikasında mövcud olan bank qanunvericiliyinə müvafiq olaraq İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, onları müvəqqəti olaraq başqa şəxslərlə əvəz etmək və onların səlahiyyətlərini müəyyənləşdirmək;
  • Bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda qabaqcadan Azərbaycan Respublikası Mərkəzi Bankına əsasları göstərməklə, yazılı bildiriş göndərmək və Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını çağırmaq şərti ilə Bankı idarə və təmsil etmək;
  • Azərbaycan Mərkəzi Bankının normativ aktlarında nəzərdə tutulan hallarda, Bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək;
  • Bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək, emissiya qiymətli kağızlarının buraxılması və qeydiyyatı haqqında emissiya prospektini təsdiq etmək;
  • Bankın nizamnamə kapitalının 50 faizindən artıq olmayan məbləğdə Bank adından müvafiq əqdlərin bağlanması qaydalarını təsdiq etmək;
  • Banka aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək;
  • Bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək;
  • Kənar və daxili auditorların, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
  • Kənar auditin seçilməsi üzrə qərarlar qəbul etmək;
  • Bankın vəzifəli şəxslərinin əmlak məsuliyyətinə cəlb edilməsi haqqında qərarlar çıxarmaq;
  • Azərbaycan Respublikasının bank qanunvericiliyi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Şura və onun Sədrinin qərar qəbuletmə səlahiyyətləri

  • Şura bu Əsasnamə ilə müəyyən olunmuş, habelə səhmdarların ona vermiş olduqları səlahiyyətlər daxilində, bankın fəaliyyəti ilə bağlı bütün məsələlər barədə qərarlar qəbul edir. Şuranın qərarları onun iclaslarında bu Əsasnamənin 3.6-cı maddəsində göstərilən qaydada səsvermə yolu ilə qəbul edilir.
  • Şura Sədrinin və ya onun ayrı-ayrı üzvlərinin Şura adından təkbaşına qərarlar qəbul etməsinə və bu qərarların icrasını İdarə Heyətindən və ya bankın digər icra strukturlarından tələb etməsinə yol verilmir.
  • Şuranın qərarları İdarə Heyəti üçün məcburidir və bu qərarlar mütləq yerinə yetirilməlidir. Bankın İdarə Heyəti, Şuranın qərarlarının yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
  • Şuranın Sədri aşagıdakı səlahiyyətlərə malikdir:
    • İdarə Heyətinin Sədri və üzvləri ilə əmək müqaviləsi bağlamaq, onların vəzifə təlimatlarını təsdiq etmək;
    • Şuranın iclaslarında qəbul olunmuş sənədləri təsdiq etmək;
    • Şuranın iclaslarını çağırmaq və iclasları idarə etmək;
    • Ona verilmiş səlahiyyətlər daxilində səhmdarların adından Bankı təmsil etmək;
    • Şuranın icra aparatını formalaşdırmaq, işçiləri işə qəbul etmək, onlarla müqavilə bağlamaq və vəzifə təlimatlarını təsdiq etmək;
    • Müşahidə Şurası üzvləri ilə İdarə Heyəti, habelə Audit Komitəsi üzvləri arasında yarana biləcək mübahisələri həll etmək və onu Səhmdarların Ümumi Yığıncağına çıxartmaq;
      • Şura üzvlərinə bonus, mükafat verilməsi üzrə Səhmdarların Ümumi Yığıncağına təkliflər vermək;
      • Səhmdarların Ümumi Yığıncağının ona vermiş olduğu səlahiyyətlər çərçivəsində digər qərarlar qəbul etmək;
  • Şura Sədrinin riskli sahələr üzrə təkbaşına qərar qəbul etməsinə yol verilmir.

İdarə Heyətinin səlahiyyətləri

  • Bankın cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;
  • Bankın icra orqanının strukturunu formalaşdırır və təsdiq üçün Müşahidə Şurasına təqdim edir;
  • Bankın ştat vahidlərini təsdiq edir, tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icrasını təmin edir;
  • Ümumi Yığıncağın və Müşahidə Şurasının qərarına əsasən, Bankın məqsədlərinə nail olması üçün Ümumi Yığıncağın və Müşahidə Şurasının müstəsna səlahiyyətlərinə aid edilməyən, istənilən və qanunla qadağan olunmayan sənədləri, cədvəlləri, əmək və kollektiv müqavilələri işləyib hazırlayır;
  • Bankın daxili struktur bölmələri haqqında əsasnaməni və Bankın əməkdaşlarının vəzifə təlimatlarını (əmək funksiyalarını) hazırlayır və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim edir;
  • Bankın şəxsi heyətinin təhsil alması üzrə proqramlar və tədbirlərə aid təkliflər hazırlayır və təsdiq etməsi üçün Müşahidə Şurasına təqdim edir;
  • Bankın daxili qaydaları ilə müəyyən olunan hallarda əqdləri təsdiq edir; 
  • Bankın strateji planını hazırlayır və təsdiq üçün Müşahidə Şurasına təqdim edir;
  • Bankın strateji planının icrasını təmin edir və icrası barədə Müşahidə Şurasına hesabat verir;
  • Bankın fəaliyyəti ilə bağlı digər zəruri sənədlər və təkliflər hazırlayır, tədbirlər həyata keçirir və Bankın daxili fəaliyyət məsələləri üzrə qərarlar qəbul edir;
  • İdarə Heyətinin səlahiyyətlərinə həmçinin «Banklar haqqında» Azərbaycan Respublikasının qanunvericiliyi, bu Nizamnamə ilə idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməmiş bütün məsələlər daxildir;
  • Müşahidə Şurası banka ümumi rəhbərliyi və nəzarəti həyata keçirən zaman İdarə Heyətinin cari işlərinə müdaxilə etmir. Bununla belə Müşahidə Şurası İdarə Heyətinin qərarlarını təftiş edə bilər.

İdarə Heyətinin və onun Sədrinin qərar qəbuletmə səlahiyyətləri

İdarə Heyəti bankın cari fəaliyyəti ilə bağlı (Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurasının, Audit Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla) məsələlər üzrə qərar qəbul etmək səlahiyyətinə malikdir.


Aşağıdakı məsələlər üzrə qərarlar İdarə Heyəti tərəfindən kollegial olaraq qəbul edilir:

  • Funksional struktur bölmələrinin rəhbərlərinin və onların müavinlərinin işə qəbulu və azad edilməsi, onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş intizam və digər tədbirlərin tətbiqi;
  • Bankdaxili sənədlər, qaydalar, prosedur və təlimatlara rəy bildirilməsi və ya bəyənilərək Müşahidə Şurasına, zəruri olduqda digər səlahiyyətli qurumlara təqdim olunması;
  • Riskli sahələr üzrə qərarların qəbuluna aid olan məsələlər;
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının və Audit Komitəsinin növbədənkənar iclaslarının çağırılması;
  • Bankın fəaliyyətinin inkişafına dair Ümumi Yığıncaq və (və ya) Müşahidə Şurasına təkliflər verilməsi;
  • Bankın Strateji baxışı ilə Missiya Hesabatının layihələrinin hazırlanması və təsdiq üçün Müşahidə Şurasına təqdim etmə;
  • Strateji planın icrasının təhlili barəsində hesabatın təsdiqi;
  • Bankın əmlakı barəsində Bankın daxili qaydaları ilə müəyyən olunan əqdlər;
  • Bankın daşınan və daşımaz əmlakının yenidən qiymətləndirilməsi barədə qərar qəbulu;
  • Kredit və zəmanətlə götürülmüş əsas vəsaitlərin istifadəsi üçün balansa götürmək ya ondan istifadə prinsiplərini müəyyənləşdirmək;
  • Aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kreditlər verilməsi barədə qərar qəbul etmək; 
  • Bankın şəxsi heyətinin təhsil alması üçün proqram və digər tədbirlərə dair təkliflər hazırlanması və təsdiq etməsi üçün Müşahidə Şurasına təqdim etmək;
  • Üzvlərin tələbi ilə digər məsələlər.

İdarə Heyəti Sədrinin aşağıdakı səlahiyyətləri vardır:

  • İdarə Heyətinin işini təşkil edir və onun iclaslarına sədrlik edir;
  • Öz səlahiyyəti daxilində Bank adından mülki və əmək müqavilələrini bağlayır və ləğv edir, daxili və xarici yazışmalarda bank adından məktub, hesabat və digər sənədləri imzalayır, etibarnamələr (o cümlədən başqasına etibar etmək hüququ ilə) verir;
  • Etibarnamə olmadan Bankın adından öz səlahiyyətləri çərçivəsində çıxış edir, onu istər ölkə daxilində, istərsə də xaricdə bütün dövlət orqanlarında, ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;
  • Bankın Nizamnaməsi və qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilən hədlərdə Bankın əmlakı barədə sərəncam verir;
  • Cari və risk yaratmayan əməliyyatlar üzrə qərarlar qəbul edir;
  • Qüvvədə olan qanunvericilik və Bankın Nizamnaməsi əsasında digər səlahiyyətləri həyata keçirir;
    • İdarə Heyəti Sədrinin müavinləri onlara tapşırılan bölmələrə rəhbərliyi həyata keçirir, Bankın fəaliyyətinin inkişafına dair İdarə Heyəti iclaslarında təkliflər verir və Bankın fəaliyyəti ilə bağlı Bankın daxili qaydaları ilə müəyyən olunan səlahiyyətləri çərçivəsində cari məsələləri həll edirlər;
    • İdarə Heyəti üzvlərinin və İdarə Heyəti Sədrinin müavinlərinin hüquq və vəzifələri, bu vəzifələrə qarşı tələblər və onların məsuliyyəti həmçinin vəzifə təlimatları ilə müəyyənləşdirilir;
    • Hər hansı bir əqdin bağlanması nəticəsində İdarə Heyəti üzvünün şəxsi marağı ilə Bankın mənafeyi ziddiyyət təşkil etdikdə o, bu barədə Müşahidə Şurasına məlumat verməlidir. Həmin əqdin bağlanması yalnız Müşahidə Şurasının müvafiq qərarı əsasında həyata keçirilə bilər.

Daxili Audit Departamentinin (DAD) hüquq və vəzifələri

DAD aşağıdakı hüquqlara malikdir:

  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, bankdaxili komitələrin, İdarə Heyətinin və digər bütün struktur bölmələrinin vacib əhəmiyyət kəsb edə bilən qərar, protokol, əmr, sərəncam, məktub və göstəriş xarakterli digər normativ sənədlərinin surətlərini əldə etmək;
  • bankdaxili prosedur və təlimatları, o cümlədən onlarda olan dəyişiklikləri əldə etmək;
  • bankın bütün növ proqram məhsullarından istifadəyə icazəsi olmaq;
  • strateji planlaşma üzrə bütün məlumatları, proqonozları və planları, onların yerinə yetirilməsi üzrə hesabatları əldə etmək;
  • bankın mülkiyyəti, likvidliyi və rentabelliyi, həmçinin digər risk vəziyyətini  müəyyənləşdirmək üçün tətbiq olunan idarəetmə əmsalları üzrə hesabatları əldə etmək;
  • auditi aparılan bankın struktur bölməsindən, yoxlanılan dövr üzrə və ya vəziyyətə aydınlıq gətirmək məqsədi ilə audit işinə lazım olan əvvəlki dövrlər üzrə bütün məlumatları tələb etmək;
  • yoxlanılan struktur bölməsində nağd vəsaitlərin, digər pul qiymətlilərinin, qiymətli kağızların, xüsusi qeyd olunmuş blankların, mal-materialların, əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin mövcud olmasını yoxlamaq və təsdiq etmək;
  • hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, saxlama, kredit müqavilələri və s. üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq;
  • hər hansı bir əməliyyatın (əməliyyatların) uçotu və xüsusiyyəti ilə bağlı bankın rəhbər işçilərindən zəruri izahatları tələb etmək;
  • bankın müştəri xidməti strukturları tərəfindən Azərbaycan qanunvericiliyinə riayət etməklə bağlı həyata keçirilən əməliyyatların məqbul olması ilə əlaqədar bankın müştərilərinə sorğular göndərmək;
  • çirkli pulların yuyulmasına qarşı beynəlxalq normalara bank tərəfindən riayət olunmasına nəzarəti həyata keçirmək və s.

BPNŞ-nin MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

  • BPNŞ-i Bankın Müşahidə Şurası tərəfindən müəyyən olunmuş strategiya istiqamətləri, kontrol rəqəmlərini və bankın normativ aktlarını rəhbər tuturaq hər il təyin edilmiş vaxtda büdcə lahiyəsinin tərtibi ilə əlaqədar hazırlıq işlərini təmin edir;
  • BPNŞ-i gəlir və xərc mərkəzləri olan bütün departament və şöbələrdən büdcə proqnozlarının yığılmasını, habelə onların ayrı – ayrılqda ciddi yoxlanmasını təmin edir;
  • Rəqəmlərin tərtibi və onların keçmiş illərin faktiki icrasına və təsdiq olunmuş yeni il üçün strateji istiqamətlərin prinsiplərinə uyğun olmalarını, maddələr üzrə həm gəlirlər, həm xərclər, eləcə də mənfəət (zərər) hissələri yoxlanılır;
  • BPNŞ-i tərəfindən büdcə lahiyələri yoxlanarkən, lazım gəldikdə müəyyən və obyektiv düzəlişlər aparılır. Aparılan düzəlişlər aidiyyatı sturukturun rəhbəri ilə razılaşdırıldıqdan sonra, büdcənin lahiyəsi yenidən hesablanıb onlar tərəfindən hazırlanır;
  • Departamentlərin büdcə lahiyələri üzrə yoxlama prosesi başa çatdıqdan sonra, onlar BPNŞ-ində yekunlaşdırılır və ümumi bank büdcə lahiyəsini hazırlayıb İdarə Heyətinin müzakirəsinə təqdim olunması təmin edilir;
  • İdarə Heyətinin müzakirəsi zamanı büdcə lahiyəsi üzrə hər hansı fikir ayrılığı olduqda lazımi düzəlişlər təcili surətdə aparılır və qısa müddətə yenidən müzakirəyə təqdim olunması təmin edilir;
  • Hər il üçün büdcənin lahiyəsi Bankın İdarə Heyəti tərəfindən baxılır və Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra, şöbə nəzarət məqsədi ilə icranın gedişini izləyir və bu barədə İdarə Heyəti mütəmadi məlumatlar verir;
  • Şöbə gündəlik inzibati xərclərin uçotunun aparılmasını Bank proqramı vasitəsi ilə təmin edir. Bu əməliyyatların aparılması Milli Bankın hesablar planı əsasında balans hesabları üzrə  (910 – 941-ə qədər) tərtib olunur. Gündəlik məlumatların nəticələrindən asılı olaraq, büdcədən artıq inzibati xərclər əmələ gəlməsinə yol verilmir;
  • Şöbə tərəfindən hər həftə büdcənin gəlirlər, xərclər və mənfəətin (zərərin) icrası barədə Bankın rəhbərliyinə məlumatın hazırlanması üçün bank proqramı vasitəsi ilə hesablar planı əsasında və büdcə formatına uyğun olaraq (gəlirlər 600-dən 741-ə qədər, əməliyyat xərcləri 800-dən 940-a qədər və inzibati xərclər üzrə 910-dan 941-ə qədər) lazımi əməliyyatlar aparılır və hər həftənin bazar ertəsi saat 16-ya qədər Bankın İdarə Heyətinə hesabatın təqdim olunması təmin edilir; (Əlavə No 2)
  • Şöbə tərəfindən hər ay büdcənin gəlirlər, xərclər və mənfəətin (zərərin) icrası barədə Bankın rəhbərliyinə təsdiqlənmiş büdcə formatına uyğun olaraq məlumatlar hazırlanır və hər ayın 10-a qədər Bankın İdarə Heyətinə təqdim edilir;
  • Rüb qurtardıqdan sonra şöbə hər rübün nəticələrinə görə (3 aylıq, 6 aylıq, 9 aylıq və  illik) büdcənin icrası müvafiq qaydada departamentlər və şöbələr üzrə yığılır, yoxlanılır, yekunlaşdırılır və maddələr üzrə izahatlarla birgə lazımi qaydada rüb bitdikdən sonra növbəti ayın 15-dən gec olmayaraq bankın İdarə Heyətinin müzakirəsinə çıxarılmasını təmin edir;
  • Büdcənin tərtibi, icrası və nəzarəti proseslərində, o cümlədən büdcə ilə bağlı sair məsələlər haqqında bankın daxili strukturları ilə məktublaşmaları və yazışmaları lazımi qaydada aparır.


Alış Satış
USD 1.7000 1.7400
EUR 1.8300 1.8900
RUR 0.0292 0.0305
GBP 2.1100 2.1700
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102