Kənar auditor haqqında məlumat

Şirkət haqqında

PraysvoterhausKupers Qlobal (PwC) - dünyada peşəkar xidmətlər göstərən ən böyük şəbəkələrdən biridir. Bugünkü PwC şəbəkəsi 1998-ci ildə hər ikisi Londonda yerləşən “Price Waterhouse” və “Coopers & Lybrand” şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. “PwC Qlobal” şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 195 min nəfərdir. PwC audit, vergi, hüquq və məsləhət xidmətləri sahəsində keyfiyyəti təmin etməklə yanaşı, şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. Şirkətin müştəri portfelinə yeni və inkişaf etməkdə olan müəssisələrlə yanaşı dünyanın aparıcı transmilli şirkətləri, böyük ailə şirkətləri, dövlət müəssisələri, QHT-lər və özəl şirkətlər daxildir. Cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etmək Şirkətin əsas məqsədlərindən biridir.

Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlamış PraysvoterhausKupers Azərbaycan respublikada peşəkar xidmətlər göstərən ilk beynəlxalq şirkətlərdən biri olmuşdur. Son 20 il ərzində Şirkət yerli iqtisadiyyata və biznes mühitinə əhəmiyyətli dərəcədə investisiyalar qoymuş və bu ənənəsini davam etdirməkdədir. PwC Bakı ofisində müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərərək dəyər qazandıran partnyorlar və seçilmiş beynəlxalq mütəxəssislərdən ibarət 100-dən çox işçi çalışır. PwC Azərbaycan PwC Qlobal şəbəkəsinin 180 illik təcrübəsi, misilsiz bilik və praktiki səriştəsindən faydalanmaları üçün biznes təşkilatlarına, dövlət idarələrinə və özəl şirkətlərə xidmətlər göstərir.   

PwC Azərbaycan müştərilərin ehtiyaclarına cavab vermək məqsədilə son bir neçə il ərzində audit və vergi məsləhəti xidmətləri sahəsində öz imkanlarını daha da genişləndirmiş və hüquqi məsləhət, biznes məsləhət xidmətləri və PwC Akademiyası kimi xidmət sahələrini inkişaf etdirmişdir. PwC müştərilərə göstərdiyi xidmətlərin keyfiyyəti ilə yanaşı, onların əməkdaşlarının da peşəkar inkişafında tam qərarlıdır. Son 20 il ərzində PwC Azərbaycan çox sayda yüksək səriştəli peşəkar mütəxəssislər üçün təlimlər keçmiş və onların peşəkarlıq səviyyəsini inkişaf etdirmişdir. Onlardan bir çoxu hələ də şirkətdə çalışır, bəziləri isə Azərbaycanda özəl sektorda fəaliyyət göstərir.

Şirkət Azərbaycana verdiyi töhfəsindən xüsusilə qürur duyur və ölkənin rifahı yolunda onu dəstəkləməyə və səylə çalışmağa qərarlıdır.



Alış Satış
USD 1.7000 1.7400
EUR 1.8300 1.8900
RUR 0.0292 0.0305
GBP 2.1100 2.1700
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102