İnkişaf strategiyası

QISA XÜLASƏ

Bankın səhmdarları gəldiyi ortaq rəy ondan ibarətdir ki, zəngin təbii ehtiyatları olan Azərbaycan qarşıdakı 10 il ərzində ölkə əhalisinin yaşayış  səviyyəsinin sürətlə yaxşılaşdırılmasına nail olacaq. Bu dövrdə əhalinin əsas hissəsini stabil gəlirlərə malik orta təbəqə təşkil edəcək.

Əhalisinin çox hissəsi orta təbəqə olan, kənd təsərrüfatı üçün geniş ehtiyatları olan bir ölkədə emal və xidmət sahələrinin daha sürətlə inkişaf etməsi təbiidir. İnsan və maliyyə resursları Azərbaycan şirkətlərinə öz bizneslərini həm ölkə daxilində, həm də yaxın xaricdə inkişaf etdirmək imkanı verir.

Bankın səhmdarları hesab edir ki, məhz inkişaf etməkdə olan orta təbəqə fiziki şəxslər, eləcə də, orta və iri müəssisələr bankın əsas hədəf kütləsidir. Bank da məhz bu qrup müştəriləri özünün əsas müştəri qrupu hesab etməli və onlara yüksək xidmət göstərməklə bu qrupun əsas seçimi olmağı özünün uzunmüddətli əsas strateji hədəfi olaraq görməlidir. Səhmdarların fikirncə bu hədəfə çatmaq üçün güclü və sağlam ortaqlara malik olmaq lazımdır. Çünki bu birlik sayəsində bank çox rahatlıqla beynəlxalq maliyyə bazarına çıxa, müştərilərini ucuz və uzunmüddətli maliyyə resursları ilə təmin edə, habelə onların aktivlərinin daha səmərəli idarə edilməsində nail ola bilər. Güclü ortaqları ilə birgə beynəlxalq maliyyə mərkəzləri ilə  əməkdaşlıq edən, bu bazarların subyektinə çevrilən Bank öz hədəf kütləsinin maliyyə xidmətlərinə olan tələbatlarını ödəyə biləcəkdir. Bu isə onlarla uzunmüddətli əməkdaşlığın və bankın yüksək mənfəətliliyinin qarantıdır. Bütün bunlar isə Bankın səhmlərinin bazar payının artmasına və onların bazarda yüksək qiymətə alınıb-satılmasına səbəb olacaq.

Bank bazarında ixtisaslaşmağa gəldikdə isə, bank universal bank olmaqla bərabər bazarda mövcud olan bir sıra məhsulların satışına görə əhəmiyyətli bazar payına malik olmağı məqsəd qoyur. Bundan əlavə, bankın əsas məqsədləri sırasında bazara yeni məhsulların çıxarılmasında novator olmaq və mütamadi olaraq bazara yeni məhsul və xidmət növləri çıxarmaq da var.

Beləliklə, səhmdarların bankın gələcəyi barədə uzunmüddətli strateji baxışı aşağıdakı kimi formalaşır.

DƏYƏRLƏRİMİZ

  • Bank mövcud qanunvericiliyi, etik normaları və biznesin aparılması qaydalarını tam qoruyur;
  • Bank öz öhdəliklərini tam yerinə yetirir və reputasiyasının qədrini bilir;
  • Bank müştərilərinə beynəlxalq standartlara uyğun xidmət göstərməyə çalışır;
  • Bank öz müştərilərini tərəfdaş hesab edir, onların bizneslərinin qurulmasına və inkişafına öz tövhəsini verir;
  • Bank sosial cəhətdən təhlükəli olan sahələri maliyyələşdirmir;
  • Bank öz əməkdaşlarını yüksək qiymətləndirir və onların inkişafına şərait yaradır.

VİZYONUMUZ

AtaBank-ı sağlam ortaqlara malik, dünyanın tanınmış maliyyə mərkəzləri ilə əməkdaşlıq edən, sabit gəlirli fiziki şəxslərə, orta və iri müəssisələrə xidmət göstərən, regionun və Azərbaycanın yüksək imicli qabaqcıl bankı etmək.

MİSSİYAMIZ

Müştərilərinə zaman və məkandan asılı olmayaraq, yüksək keyfiyyətdə xidmət təklif edən yenilikçi və etibarlı bank olmaq.



Alış Satış
USD 1.7500 1.8200
EUR 1.8400 1.9250
RUR 0.0297 0.0316
GBP 2.1800 2.2850
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102