AtaBank Azərbaycanda olan imtiyazlı müştərilərin istəklərini dərindən öyrəndi və onların istəklərini tam şəkildə əhatə etməyə çalışaraq VİP müştərilər üçün geniş xidmət spektrini təqdim Visa Platinum kartını dövriyyəyə buraxdı.
AtaBank-ın Visa Platinum kartı məhdudiyyətsiz imtiyazlar və imkanlar dünyasına açılan qapıdır. O, dünyanın bütün ölkələrindəki ticarət və xidmət obyektlərində, otellərdə və digər müəssisələrdə tanınır və qiymətləndirilir. Eyni zamanda hər bir ticarət və xidmət obyekti başa düşür ki, kartın istifadəçisi Bankın imtiyazlı müştərisidir və onunla bu statusa uyğun davranmaq lazımdır. Qeyd etmək istərdik ki, Visa Platinum kartı Azərbaycanda sadəcə bir neçə bank tərəfindən buraxılır, lakin əlavə olunmuş xidmətləri nəzərə alaraq, AtaBank tərəfindən təqdim edilən kart olduqca unikal məhsul sayılır.

AtaBank-ın Visa Platinum paketinə bir sıra əlavə xidmətlər daxildir:

1. Beş ulduzlu “Excelsior” oteli tərəfindən bütün xidmətlərə 10% güzəşt. Bura aşağıdakı xidmətlər daxildir:

  • nömrələrin bronlaşdırılması;
  • bar və restoranların (5 ədəd) xidmətləri;
  • konfrans zallarından (4 ədəd) istifadə;
  • “AURA” sağlamlıq mərkəzində istənilən xidmət.

2. Visa Platinum istifadəçiləri üçün AtaSığorta şirkərintdən sığorta polisinin təqdim edilməsi:
     •  bədbəxt hadisələrdən sığorta;
     •  kartın itirilməsi və ya oğurlanması zamanı yeni kartın dəyərinin ödənilməsi;
     •  il ərzində 30 günlük səyahət sığortasının rəsmilləşdirilməsi imkanı;
     •  şirkətin digər xidmətləri üzrə 10% miqdarında güzəştin təqdim edilməsi.



Alış Satış
USD 1.7500 1.8200
EUR 1.8400 1.9250
RUR 0.0297 0.0316
GBP 2.1800 2.2850
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102