Dost-tanışdan hansısa qeyri-adi bir cəhətə görə fərqlənmək hər kəsin istəyə biləcəyi bir şeydir. AtaBank da öz müştərilərinə məhz belə bir qeyri-adi cəhətlə seçilmə imkanı tanıyır. Belə ki, bankın “Solo kart” layihəsi öz qeyri-standart yanaşması ilə fərqlənir. Bu layihə Sizə imkan verir ki, öz plastik kartınızın üstünə istədiyiniz təsviri yerləşdirə biləsiniz.

Bunun üçün www.atacard.az saytına girərək Solo kartı bölməsini tapmaq lazımdır. Daha sonra Visa Classic Solo bölməsini seçərək ona dizayn verə bilərsiniz. Dizayn variantlarını ya təklif olunan dizayn variantları içərisindən seçirsiniz, ya da öz dizayn variantınızı sayta yükləyirsiniz. Yüklədiyiniz dizayn variantı Visa Classic Solo iki rejimdə işləyə bilən (debet və kredit) çip kartıdır. 

Kartlar xüsusi olaraq elə hazırlanmışdır ki, onun ön tərəfində Visa İnternational beynəlxalq ödəniş sistemi tərəfindən icazə verilmiş ölçülərdə Siz öz dizaynınızı (61mm x 54mm), kartın arxa hissəsində isə öz şəklinizi (17mm x 16mm) yerləşdirə bilərsiniz. Siz kartın arxa hissəsində öz şəkilinizi yerləşdirmədikdə şəkil üçün nəzərdə tutulmuş sahə üstü rənglənməmiş halda çap olunacaqdır.
Ümid edirik ki, yaratdığımız bu imkan Sizin üçün öz xəyal gücünüzü nümayiş etdirməkdə və başqalarından fərqlənməkdə unikal vasitə olacaqdır.



Alış Satış
USD 1.7500 1.8200
EUR 1.8400 1.9250
RUR 0.0297 0.0316
GBP 2.1800 2.2850
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102