Kredit kartı bütün müştərilər, xüsusilə də əmək haqqını Atabank ASC-nin plastik kartları vasitəsilə alan müştərilər üçün nəzərdə tutulur.

Kreditin maksimal məbləği: 5 000 manat

Maksimal müddət: 12 ay

Faiz dərəcəsi:

İllik faiz 28%

Güzəşt müddəti 37 gün (Bu müddət ərzində kredit məbləğinə faiz hesablanmır)

Kreditin şərtləri:

Təyinatı: Şəxsi məqsədlər üçün

Məbləği: Aylıq gəlirinin 5 misli (maksimum 5 000 manat)

Kreditin ödənişi: Qaydalara əsasən

Sabit aylıq gəlir: 125 manatdan başlayaraq   

Valyuta: Milli və xarici valyuta (milli valyutaya üstünlük verilir) 

Müddət: 12 ayadək

İş təcrübəsi: Minimum 6 ay (son iş yeri) və ya minimum 1 il (ümumi fasiləsiz stajı). Borcalan iş yerini dəyişdirdiyi təqdirdə işsiz qaldığı müddət maksimum 2 ay ola bilər.

Təminat:  1 nəfər fiziki şəxsin zaminliyi

Yaş həddi: 20 – 63 yaş

Komissiya: Bütün VISA Classic, MasterCard Standard və 5000 manat ekvivalentindən yuxarı (5000 daxil olmaqla) limiti olan VISA Gold, MasterCard Gold kredit kartları pulsuz verilir. 5000 manat ekvivalentinə qədər limiti olan VISA Gold, MasterCard Gold kredit kartları pulludur və kartın dəyəri AtaBank ASC-nin tariflərinə əsasən müəyyən edilir.

Digər komissiyalar: AtaBank ASC-nin tariflərinə əsasən, mak. - 1%

Əlavə şərtlər: 

  • Aylıq gəlirin, əmək haqqının və ya təqaüdün (tutulmalardan sonra) 3 misli, maksimum 500 manat ekvivalentinə qədər kredit kartları zaminsiz, lakin arayışla və ya müvafiq sənəd və məlumatlar əsasında verilə bilər.
  • 1 dəfə kredit kartı götürmüş və heç bir gecikməsi olmadan həmin krediti ödəmiş müştərilərə daha əvvəl aldığı ən yüksək məbləğli kreditdən çox olmamaq şərti ilə növbəti kredit kartı zaminsiz, lakin  arayışla və ya müvafiq sənəd və məlumatlar əsasında verilə bilər.
  • 1000 manatdan yuxarı (1000 manat da daxil olmaqla) bütün kredit kartları SMS Notification xidməti ilə pulsuz təmin edilir.

Lazım olan sənədlər və qeydlər:

  • Borcalanın və Zaminin şəxsiyyət vəsiqələrinin surəti (əsli yoxlanılmaqla);
  • Borcalanın və Zaminin gəliri haqqında sənəd və ya məlumatlar, əmək haqqını və ya təqaüdünü, iş stajını və vəzifəsini göstərən iş yerindən arayış.
  • İş yerindən arayış olmadıqda əmək haqqı hesabından çıxarış (müvafiq bankın möhürü ilə təsdiqlənmiş).
  • Zaminin aylıq gəliri və ya əmək haqqı borcalanın aylıq gəlirinin və ya əmək haqqının 80%-indən az ola bilməz. 

 



Alış Satış
USD 1.6700 1.7100
EUR 1.7800 1.8700
RUR 0.0275 0.0301
GBP 2.1200 2.2200
          
   

Kredit kalkulyatoru

Kredit növü:
Müddət:
Məbləğ:
Faiz dərəcəsi:

Aylıq məbləği:


KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102