AtaBank öz müştəriləri üçün plastik kartlar vasitəsilə kredit xətləri açır. Bu kredit növü son dövrlərdə ölkəmizdə populyarlaşmağa başlamışdır. Yaxşı əmək haqqı alan insanların da müəyyən məqamlarda maliyyə resurslarına ehtiyacı olur.  Bu halda plastik kartlara kredit xətlərinin açılması köməyə çatır ki, bunun üçün də onlar AtaBanka əminliklə müraciət edə bilərlər. 

Visa kredit kartları istifadəçiləriə asan, rahat və təhlükəsiz şəkildə bazarlıq etmək, xidmətlərin haqqını ödəmək və dünyanı gəzmək imkanı verir. Bu kartlar dünyanın 170 ölkəsində qəbul edilir. Onlar həmçinin internet şəbəkəsində aktiv istifadə edilir. Kredit kartları əlavə xidmətlərin geniş spektrindən istifadə edilməsinə imkan yaradır və bütün təhlükəsizlik tələblərinə cavab verir. 

Azərbaycanda kredit kartlar bazarının inkişafı bank biznesinin əsas istiqamətlərindən biri sayılır. Məhz bu səbəbdən də, ölkədə nağdsız əməliyyatların həcminin artırılmasına xüsusi fikir verilir. Ölkə Prezidentinin və Hökümətinin müvafiq fərman və sərəncamları, həmin direktivlər əsasında ticarət, ictimai-iaşə və xidmət obyektlərində POS-terminallar şəbəkəsinin sürətlə genişləndirilməsi də bu qəbildəndir. Hazırda bankımız 9000-dən çox POS-terminalla ölkədə ən iri POS-terminal şəbəkəsinə malik olan banklardandır. Buna görə də, kredit kartların rolu və dövriyyədə olan kartların sayı durmadan artır.

AtaBank-da kredit xəttinin açılması zamanı əmək haqqı əsas amil kimi götürülür. Bankdaxili prosedurları nəzərə alaraq, Bank əmək haqqının 3 (üç) misili həcmində kredit xətti aça bilər. 
Bunun üçün müştəri əmək haqqının da öz əksini tapdığı iş yerindən arayışı banka təqdim etməlidir. 
Bundan başqa onun zaminlərinin də iş yerlərindən arayışları təqdim etməsi zəruridir. Beləliklə, AtaBankda kredit xəttinin açılması üçün aşağıdakı sənədlər tələb olunur: 

     - müştərinin iş yerindən arayış (əmək haqqı göstərilməklə); 
     - müştərinin şəxsiyyət vəsiqəsi; 
     - zaminlərin iş yerlərindən arayışlar; 
     - zaminlərin şəxsiyyət vəsiqələri. 

Kredit xəttinin açılması zamanı 2 fərqli müqavilə bağlanılır. Bu müqavilələrdən biri Bankla müştəri arasında, digər i isə Bankla zaminlər arasında bağlanılır. 
Kredit kartları üzrə illik faiz dərəcəsi 28%-dir. 

Əgər müştəri Banka depozit qoyubsa ona qoyduğu depozitin miqdarının 50%-i həcmində kredit xəttini açıla bilər. Qeyd etmək lazımdır ki, AtaBank öz müştəriləri üçün 37 (otuz yeddi) günlük imtiyazlı müddət təqdim edir. Bu müddət ərzində kredit xətti üzrə faiz hesablanmır. Daha doğrusu müştəri imtiyazlı müddət kredit xəttindən istifadə edə və onu geri ödəyə bilər. Bu imtiyazlı müddət Azərbaycanın plastik kartlar bazarında ən yaxşısı hesab olunur. 
Plastik kartlara kredit xətlərin açılması üçün AtaBankın istənilən filial və ya şöbəsinə müraciət etmək yetərlidir.



Alış Satış
USD 1.6700 1.7100
EUR 1.7800 1.8700
RUR 0.0275 0.0301
GBP 2.1200 2.2200
          
   

Kredit kalkulyatoru

Kredit növü:
Müddət:
Məbləğ:
Faiz dərəcəsi:

Aylıq məbləği:


KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102