AtaBank SMS Bankinq xidmətini Azərbaycanın bank bazarına gətirənlərdəndir. Bu xidmət həm müştərilərə, həm də banka öz vaxtına qənaət etmək üçün unikal imkanlar yaradır. Onun sayəsində müştərilər heç yerə getmədən, heç kəsə zəng etmədən şəxsi bank hesablarının vəziyyəti haqqında günün 24 saatı, həftənin 7 günü ərzində SMS vasitəsilə məlumat ala bilirlər. Hətta ölkə xaricində olsalar belə...

“SMS Banking” vasitəsilə hansı bank hesablarına nəzarət etmək olar? 

  • Depozit hesabları və cari hesablarda olan qalıqlar haqqında məlumat;
  • Depozitlərə hər ay hesablanmış faizlər haqqında məlumat;
  • Kredit və faiz borcu haqqında məlumat;

Servisə qoşulan müştərilər hesablarında aparılan istənilən əməliyyat haqqında avtomatik SMS-bildiriş alacaqlar (o cümlədən, plastik kartlar üzrə ödəmələr və vəsaitin bankomatdan çıxarılması zamanı).

“SMS Banking” xidmətinə necə qoşulmaq olar?

SMS Bankinq xidmətinə qoşulmaq üçün aşağıdakılar tələb olunur:

  • AtaBank-da hesaba malik olmaq;
  • Azercell abonenti olmaq;
  • Şəxsiyyəti təsdiq edən sənədlə AtaBank-ın istənilən filial və şöbələrinə müraciət etmək.

“SMS Bankinq” üzrə komissiya

Fiziki şəxslər üçün tariflər:

  • Aylıq – 3 AZN
  • İllik – 20 AZN

Servisin dünyanın hər yerində işləməsi üçün rouminq sisteminin aktiv olması vacibdir.



Alış Satış
USD 1.6900 1.7500
EUR 1.8300 1.9000
RUR 0.0292 0.0308
GBP 2.1200 2.2000
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102