1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. AtaBank-ın fəaliyyət tarixinin ən önəmli hadisələri aşağıdakılardır:

  • 1997 - Bakı Banklarаrası Valyuta Birjasının tamhüquqlu üzvü oldu.
  • 2001 (may) - SWIFT sisteminə qoşuldu. 
  • 2001 - Milli ödəniş sistemi olan AZİPS-in üzvü oldu.
  • 2001 - Azərbaycan Banklar Assosiyasınin üzvü oldu.
  • 2002 - Bakı Fond Birjası AtaBank-ı öz üzvləri sırasına daxil etdi.
  • 2003 - Sahibkarlığa Kömək Milli Fondunun üzvü oldu. 
  • 2003 - Bankın ilk region filialı Xaçmaz şəhərində açıldı. Hazırda Bakıda və respublikanın müxtəlif regionlarında AtaBankın 22 filialı və 4 şöbəsi fəaliyyət göstərməkdədir. Bu filial və şöbələrin 12-i respublikanın müxtəlif regionlarında yerləşir. 
  • 2003 (noyabr) - AtaBank dünyanın hər yerində fəaliyyət göstərən Beynəlxalq pul köçürmələri sistemi "Western Union"-un üzvü statusunu əldə etdi. Bu sistem pul vəsaitlərinin cəmi bir neçə dəqiqə ərzində istənilən yerə köçürülməsinə imkan verir. Hazırda bank "Western Union", "Contact","PrivatMoney""Lider""Monex","Blizko" kimi sürətli pulköçürmə sistemlərinə qoşulub .
  • 2004 - AtaBank ATİB-nin (Azərbaycan Türkiyə İş Adamları Birliyi) üzvü oldu.
  • 2004 - VİSA İnternational Beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olan AtaBank bu sistemin 3 məhsulunun (VİSA Electron, VİSA Classic, VİSA Gold) emissiyasına başladı. 2006-cı ilin may ayından etibarən Bank Visa İnternational sisteminə tam hüquqlu üzv seçildi. 2007-ci ilin may ayında Bank Visa Platinum və Visa Business plastik kartlarının emissiyasını həyata keçirir. Hər zaman yeni məhsullarla bazarı canlandıran AtaBank 2007-ci ildə də bu xəttə sadiq qaldı və fərdi dizaynlı Visa Electron Solo və Visa Classic Solo kartlarını hazırlayıb müştərilərə təqdim etdi. Əlavə olaraq plastik kart bazarının artan tələblərini ödəmək məqsədilə 2007-ci ildə plastik kartlar və elektron ödənişlərə həsr olunmuş xüsusi www.atacard.az saytı hazırlanıb istifadəyə verildi.
  • 2004 - Bank "Etimad Bankı" nominasiyası üzrə UĞUR mükafatına layiq görüldü. Eyni müvəffəqiyyəti 2009-cu ildə də təkrarlayan bank "İnnovasyon texnologiyaların tətbiqi" sahəsində UĞUR mükafatını əldə etdi. 
  • 2006 - AtaBank Azərbaycan İpoteka Fondunun üzvü oldu.
  • 2007 - AtaBank Əmanətlərin Sığortalanması Fondunun üzvü oldu.
  • 2007 - AtaBank keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunu təmin edən sertifikatlaşdırma işlərini uğurla başa çatdırdı və "Bureau Veritas" şirkəti tərəfindən 03 aprel 2007-ci il tarixli, 210667 nömrəli İSO 9001:2000 sertifikatı (bütün növ bank xidmətlərini əhatə edən ) ilə təltif edildi. 
  • 2009 - Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) üzvü oldu. 
  • 2009 - AtaBank KÖMİS (APUS) sisteminə qoşuldu. 
  • 2010 -  AtaBank MDB məkanında bir ilkə imza atdı. Visa Electron Vertical kartını buraxmaqla «yenilikçi» statusunu möhkəmləndirdi.
  • 2011 - AtaBank Cənubi Qafqazda ilk dəfə olaraq ətirli kartlar emissiyasına başladı. Bankın müştəriləri Visa Elektron Aroma Lemon və Visa Classic Aroma Coffee kartları ilə AtaBank fərqini bir daha duydular.
  • 2011 - AtaBank "Golden Pay" şirkəti ilə birlikdə bazara yeni "Bill Pay" adlı elektron ödəniş sistemini təqdim etdi.
  • 2012-ci ildə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi  “AtaBank” ASC-nin   uzunmüddətli reytinqini "B-", “Sabit”,  qısamüddətli  reytinqini  isə “B” səviyyəsində  qiymətləndirilmişdi.
  • 2013 - MasterCard Beynəlxalq ödəniş sisteminin tam hüquqlu üzvü olan AtaBank bu sistemin 4 məhsulunun (Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum) emissiyasına başladı.
  • 2013-cü ilin nəticələrinə görə Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalı tərəfindən “AtaBank” “2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb.
  • 2014-cü il tarixdən “AtaBank” ASC fiziki şəxslərin, 01.01.2015-ci il tarixdən isə hüquqi şəxslərin hesablarının açılması və identifikasiyasını həm də FATCA tələb və prosedurlarına uyğun həyata keçirir.

Bankın maliyyə hesabatları artıq 7 ildir ki , beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilir. Hazırda bankın beynəlxalq audit şirkəti "PraysvoterhausKupers Qlobal" şirkətidir.



Alış Satış
USD 1.6850 1.7050
EUR 1.8750 1.9100
RUR 0.0274 0.0287
GBP 2.1200 2.1800
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102