Rahatlıq

  • Kart Sizə günün istənilən vaxtı, istənilən yerdə kart hesabınıza daxil olmaq imkanı verir;
  • Visa və MasterCard kartları ilə dünya üzrə 20 milyondan çox məntəqədə ödənişin həyata keçirilməsi mümkündür. Bura milyonlarla mağaza, restoran və otel, eləcə də, 700 mindən çox bankomat daxildir;
  • Kart Sizi nağd pul gəzdirmək problemindən azad edəcək. Metal pul gəzdirmək və xırda pul çatışmazlığı kimi problemləri isə biryolluq unudacaqsınız;
  • Evdən çıxmadan (internet və telefon vasitəsilə) mal və xidmətlərin haqqını ödəyə, mehmanxanada nömrə sifariş verə, avtomobil kirayələyə bilərsiniz.

Səyyahətçilər üçün üstünlüklər

  • Visa və MasterCard kartları bütün dünyada fəaliyyət göstərən universal valyutadır.
  • Hesabınızın valyutasından və olduğunuz ölkədən asılı olmayaraq etdiyiniz alış-verişin məbləği avtomatik olaraq hesabınızın valyutasına konvertasiya ediləcək.
  • Visa və MasterCard ödəmə sistemləri tərəfindən tətbiq olunan konvertasiya kursu bir qayda olaraq valyutadəyişmə məntəqələrindəki kursdan daha əlverişlidir.
  • İstənilən ölkədə, istənilən vaxt bankomatlardan yerli valyuta ilə nağd pulun alınması imkanı.

Təhlükəsizlik

  • Bank kartı soyğunçular üçün içində pul olan pul kisəsi qədər cəzbedici deyil, diqqəti çox da cəlb etmir;
  • Özgənin kartından istifadə etmək çətindir – kassir əmin olmalıdır ki, kartda və qəbzdə olan imzalar uyğun gəlir, bankda nağd pulun alınması üçün isə bir qayda olaraq şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək lazımdır.
  • Yalnız Sizə məlum olan şəxsi eyniləşdirmə nömrəsi (PİN kod) kartınızı bankomatlarda icazəsiz istifadədən müdafiə edir.
  • Kart itirildikdə və ya oğurlandıqda dərhal banka xəbər vermək yetərlidir. Bank kartınızı bloklaşdırır və vəsaitləriniz qorunur.

AtaBank kartlarının üstünlükləri

  • AtaBank öz 20 illik bankçılıq təcrübəsinə arxalanaraq vəsaitlərinizi daha sərfəli şərtlərlə və daha etibarlı şəkildə qoruyur;
  • Bu kartlardan internetdə mal və xidmətlərin alışı üçün istifadə edə bilərsiniz;
  • AtaBank-ın istənilən bankomatı Sizə öz hesabınızdan əlavə komissiyasız nağd pul çıxarmaq imkanı yaradır;
  • Bankomatlar fasiləsiz (həftənin 7 günü, günün 24 saatı) işləyir;
  • AtaBank-ın bankomatları vasitəsilə (o cümlədən xaricdə eyni xidməti təqdim edən digər bankomatlarda) Siz kartınızda nə qədər pul qaldığını öyrənə bilərsiniz;
  • Bizim müştərilərimiz manat, ABŞ dolları və ya avronun istənilən biri ilə kart hesabı açmaq imkanına malikdir.

Kartlar haqqında daha ətraflı məlumatı www.atacard.az saytında əldə edə bilərsiniz.

AtaBank öz müştərilərinə aşağıdakı plastik kartları təklif edir:

Debit Kartları

Kredit kartları



Alış Satış
USD 1.6700 1.7100
EUR 1.7800 1.8700
RUR 0.0275 0.0301
GBP 2.1200 2.2200
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102