AtaBank olaraq bizim imkanımız var ki, dünyanın 200-ə yaxın ölkəsi ilə sürətli pulköçürmə əməliyyatları aparaq. Bu isə o deməkdir ki, bizə sürətli pulköçürmə üçün müraciət edən hər bir kəs bu imkandan yararlana bilər.

Sürətli pul köçürmələrimizin əsas üstünlükləri: 

  • "Western Union"Xəzri ,“Zolotaya Korona”"Contact", "Lider","Blizko" kimi məşhur sürətli pulköçürmə sistemlərindən istifadə imkanı;
  • geniş coğrafiya - köçürmələr 200-ə yaxın ölkəni əhatə edir; 
  • yüksək sürət - pul köçürməsi bir neçə dəqiqəyə həyata keçirilir; 
  • aşağı komissiyalar (komissiyanı yalnız pulu göndərən şəxs ödəyir); 
  • köçürmənin göndərilməsi və alınması zamanı rəsmiləşdirmənin sadəliyi; 
  • etibarlılıq - sistemlər məbləğin yalnız qeyd olunmuş şəxsə ödənilməsini təmin edən möhkəm təhlükəsizlik sistemi ilə müdafiə olunub. 

Sürətli köçürmə xidmətləri bankın bütün filial və şöbələrində göstərilir.

Göndərilmə və qəbul etmə qaydaları

  • Vəsaiti göndərmək və qəbul etmək üçün müştəri şəxsiyyət vəsiqəsi ilə banka müraciət etməlidir.
  • Köçürmə edən zaman müştəri aşağıdakı məlumatları göstərməlidir:

     - köçürülən məbləğ;

     - vəsaiti qəbul edən şəxsin olduğu ölkə və şəhər; 

     - vəsaiti qəbul edən şəxsin tam adı; 

     - vəsaiti göndərən şəxsin tam adı; 

     - vəsaiti göndərən şəxsin nömrəsi; 

     - vəsaiti göndərən şəxsin ünvanı.

Göndərən şəxs köçürmə məbləğini və müvafiq komissiyanı kassaya ödəyir. Bundan sonra köçürmənin kontrol nömrəsi çap edilərək müştəriyə verilir. Bu nömrə vəsaiti alan şəxsə mütləq bildirməlidir. Pul köçürmələrini qəbul etmək üçün alan şəxs aşağıdakı məlumatları göstərməlidir:

     - vəsaitin qəbul edənin tam adı; 

     - vəsaitin qəbul edənin ünvanı; 

     - köçürmə məbləği;

     - vəsaiti göndərənin tam adı; 

     - vəsaiti göndərənin telefon nömrəsi; 

     - vəsaitin göndərildiyi ölkənin və şəhərin adı; 

     - köçürmənin kontrol nömrəsi.



Alış Satış
USD 1.6700 1.7100
EUR 1.7800 1.8700
RUR 0.0275 0.0301
GBP 2.1200 2.2200
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102