Bu xidmət öz ticarət və ya xidmət müəssisəsini dünya standartlarına uyğunlaşdırmaq istəyən sahibkarlar üçün dəstək xarakterli bir xidmətdir. AtaBank öz ekvayrinq xidmətindən istifadə edən sahibkarlar öz obyektlərini dünya standartlarına bir addım daha yaxınlaşdırırlar. Çünki bu xidmət POS-terminalların quraşdırılmasını təmin edir ki, nəticədə həmin sahibkarın müştəriləri dünyanın istənilən ölkəsinin beynəlxalq plastik kartlarını qəbul edə bilir.

Plastik kartlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir və onların sayı getdikcə artır. Beləliklə, ekvayrinq xidmətinin aktuallığı da gündən günə artır. Onu da qeyd edək ki, plastik kart sahiblərinin önəmli hissəsi əmək haqqını kartla alan böyük firma əməkdaşları, xarici qonaqlar və özü ilə böyük məbləğdə pul daşımağa adət etməyən imkanlı şəxslərdir. Bizim EKVAYRİNQ xidməti sayəsində həmin müştərilərin bir qismi Sizin ola bilər.  

Ekvayrinqin üstünlükləri

  • Firmanızın, mağazanızın, restoranınızın və s. rəqabət qabiliyyəti yüksəlir, yeni müştərilərin (plastik kart sahiblərinin) cəlb olunması sayəsində onun dövriyyəsi artır;
  • Ekvayrinq xidməti əlavə status deməkdir. Çünki plastik kartlardan çox vaxt imkanlı şəxslər istifadə edirlər;
  • Ekvayrinq sərfəlidir. Çünki plastik kart sahiblərində nağd vəsait az olur. Kartlarındakı məbləğdən isə geninə-boluna istifadə edirlər. Deməli, onlar Sizin obyektdə böyük miqdarda pul xərcləyəcək daha tez-tez bazarlıq edəcəklər;
  • Ekvayrinq müştərilərdən ödənişlərin qəbulu zamanı etibarlılığın və təhlükəsizliyin artırılmasının əlavə təminatıdır.

AtaBankda ekvayrinqin üstünlükləri

  • Pulsuz reklam materialların verilməsi;
  • İşçilərinizə pulsuz təlimin keçirilməsi;
  • Xidmətə görə optimal komissiya;
  • Ən qısa müddətə pul vəsaitlərinin bank hesabınıza mədaxil edilməsi,
  • Əməliyyatlar zamanı çətinliklər yarandıqda operativ konsultasiyaların verilməsi.

Təşkilatınızda ekvayrinq xidmətinin qoşulması mərhələləri:

  • Atabank-la “Ekvayrinq” müqaviləsinin imzalanması;
  • Beynəlxalq ödəmə sistemlərində Sizin ticarət-servis məntəqələrinizin qeydiyyatı;
  • Sizin ticarət-servis məntəqələriniz üçün lazımlı avadanlığın (POS – terminalların) quraşdırılması;
  • Kassirlərin təlimi, reklam materiallarının (həmçinin kassa və qapıların üstünə yapışdırmaq üçün ödəmə sistemlərinin loqotipləri olan etiketlərin) verilməsi;


Alış Satış
USD 1.6900 1.7500
EUR 1.8300 1.9000
RUR 0.0292 0.0308
GBP 2.1200 2.2000
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102