AtaBank Sizə təklif edir ki, əməkdaşlarınızın əmək haqlarını VİSA plastik kartları vasitəsilə verəsiniz. Bu, əmək haqqının hesablanması və ödənilməsilə bağlı problemlərdən qurtulmaq üçün bir fürsətdir.
Bu layihə çərçivəsində təşkilatınızın hər əməkdaşının adına VİSA Electron plastik kartı hazırlanacaq.

Əmək haqqının verilməsi proseduru maksimum sadələşdirilir, əməkdaşların peşə ixtisasından asılı olaraq ödənişlərin tam məxfiliyi və yüksək fərqlənməsi qorunub saxlanılır.

Layihənin şirkət üçün üstünlükləri:

  • əmək haqqının verilməsi prosesi avtomatlaşdırılır;
  • kassa əməliyyatlarının sayı azalır;
  • kassa və mühasibatlıq əməkdaşlarının saxlanılması xərcləri azalır;
  • nağd pul vəsaitlərinin hesabdan çıxarılmasına görə heç bir Bank komissiyası ödənilmir;
  • pul vəsaitlərinin inkasassiyası və saxlanılması ilə əlaqədar xərclər aradan qalxır;
  • əməkdaşlar əmək haqqını almaq üçün daha az vaxt sərf edirlər.

Layihənin şirkətin əməkdaşları üçün üstünlükləri:

  • əmək haqqını vaxtında və hesablandığı gün almaq;
  • dünyanın istənilən yerindəki mağaza və ticarət mərkəzlərində mal və xidmətlərin dəyərini ödəmək;
  • AtaBank-ın geniş yayılmış bankomat şəbəkəsində istənilən vaxt vəsaitləri hesabdan çıxartmaq;
  • Plastik kart hesabını internetdən idarə etmək və istənilən vaxt evdən və ya ofisdən çıxmadan ən müxtəlif ödənişləri həyata keçirmək.

Sizi və əməkdaşlarınızı müştərilərimiz arasında görməkdən məmnun olacağıq!



Alış Satış
USD 1.7000 1.7400
EUR 1.8300 1.8900
RUR 0.0292 0.0305
GBP 2.1100 2.1700
          
   

KREDITLƏRIN ÖDƏNİŞİ

CARİ HESABLAR

ƏMANƏTLƏR

KREDİTLƏR

ATM ŞƏBƏKƏSİ

PUL KÖÇÜRMƏLƏRİ

3D SECURE

DEPOZİT SEYFLƏRİ

TARİFLƏR

© 1993—2017 «AtaBank» ASC    Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102